30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

“Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribat

Tennis üzrə “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda Ermənistanla yanaşı, Qarabağdakı separatçı rejiminin bayrağı açılıb. Bunlar turnirdə iştirak edən bir qrup erməni tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bu təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə Yaponiya idmançısı Yesexito Nisioka ilə bugünkü görüş zamanı törədilib. Bu, həmin yarışda Xaçanovun ilk belə qanunsuz addımı deyil. O, yanvarın 20-xə ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsakh stay strong" ("Artsax, möhkəm ol") sözlərini yazıb.

Bundan sonra Azərbaycan Tennis Federasiyası (ATF) bəyanat yayaraq Xaçanovun qeyri-idman hərəkətini pisləyib. ATF beynəlxalq federasiyaya ünvanlanmış məktubda Azərbaycana qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunduğunu vurğulayıb.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30