30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”

AFFA İcraiyyə Komitəsinin üzvü Xəyal Cəfərovun Futbolxeber.az saytına müsahibəsi

 

- Aprelin 2-də keçirilən AFFA-nın Hesabat-Seçki Konfransınsa İcraiyyə Komitəsinin üzvü seçildiniz. Bu münasibətlə sizi təbrik edirik.

- Çox sağ olun, minnətdaram.

- Komitə üzvü kimi Azərbaycan futbolunun inkişafı üçün nə planlarınız, nə təklifiniz var?

- İcraiyyə Komitəsinin növbəti iclası mayın əvvəlində olacaq. Hər bir üzv tədbirlər planını, öz təkliflərini verəcək. İnşallah ondan sonra yəqin rəsmi açıqlama olacaq bu barədə.

- Azarkeşlər, futbol ictimaiyyəti yeni AFFA rəhbərliyindən nə gözləsinlər?

- Təbii ki, yenə deyirəm, müəyyən məsələləri hamı bilir. İnfrastrukturun inkişafıdır, uşaq futbolunun inkişafıdır, azarkeşləri stadiona cəlb etmək, yəni ki, məqsədlər bəllidir. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan futbolunu daha da yüksək səviyyəyə aparaq.

- Ən aktual məsələlərdən biri hələ də boş olan millinin baş məşqçisi vəzifəsidir.

- Rövşən müəllim (AFFA prezidenti Rövşən Nəcəf nəzərdə tutulur - F.A.) bu barədə açıqlama vermişdi. Qısa zamanda bu məsələyə də aydınlıq gələcək.

- Namizəd məşqçilərin siyahısından xəbərdarsınız?

- Bu barədə hələ bir söz deyə bilmərəm.

- Siz özünüz əcnəbi məşqçinin tərəfdarısınız, yoxsa yerli?

- Bu, tək bir nəfərin qərarı deyil. İcraiyyə Komitəsi bu haqda qərar qəbul edəcək. Qısa zamanda bu məsələyə aydınlıq gələcək.

- Premyer Liqada iştirakçı sayının artırılması barədə də müzakirələr gedir. Bu, nə dərəcədə realdır?

- Bu məsələ də gündəmdədir, müzakirə olunacaq. Rəsmi açıqlama olanda hər şeyi eşidəcəksiniz.

- Sizin “Neftçi”yə gəlişinizlə bağlı nə yenilik var?

- O barədə hələ heç bir əlavə məlumatımız yoxdur.  

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30