16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

Murad Xaçayev: "Biz sadəcə 5 döyüşdən birini udmuşuq"

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda möhtəşəm atmosfer yaratmışdılar. Bu cür dəstəyin qarşısında oynamaq ikiqat xoşdur. Qələbə qazanmaq isə lap gözəldir”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, Ağdam klubunun əsas heyətinə qalib gəlməyin daha xoş olduğunu bildirib: “Hamı “Qarabağ”ın hansı gücə malik olduğunu bilir. Onların avrokuboklarda necə inamlı təsir bağışladığını hər kəs görüb. Rəqibin əsas heyətinə qarşı oynamaq maraqlı idi. Ona görə də qalib gəlmək çox xoşdur”.

28 yaşlı futbolçu bu qələbədən sonra avrokuboklara yollanmaq şanslarını belə dəyərləndirib: “Qarabağ”la oyuna qədər bizim üçün 5 final var idi. İndi qaldı 4 final. Biz sadəcə 5 döyüşdən birini udmuşuq. Qarşıda bizi daha 4 döyüş gözləyir. Həmin matçlarda da maksimum nəticə qazanmalıyıq. Bu halda mövsümün sonunda istəyimizə çata bilərik”.

Xaçayev növbəti turda səfərdə “Kəpəz”lə qarşılaşacaqları görüşə də toxunub: “Tovuzda oynamaq həmişə çətindir. Orada meydanın süni olması işimizi bir qədər də çətinləşdirir. Lakin hesab edirəm ki, “Qarabağ” üzərində qələbədən sonra motivasiyamız daha çox olacaq. Görüşə daha çox köklənəcəyik. Daha istəkli olacağıq və əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq”.

“Qarşıdakı 4 matçdan hansı sizin üçün daha çətin olacaq?” sualını M.Xaçayev belə cavablandırıb: “Hər oyun özünə görə çətin olacaq. Hər komanda avrokuboklara vəsiqə əldə etmək istəyir, hər komanda turnir cədvəlində daha yüksək pillədə qərarlaşmaq istəyir. Turnir cədvəlində də vəziyyət elədir ki, bütün komandalar bir-birinə çox yaxındır. Bu səbəbdən də hər matç maraqlı və gərgin olacaq”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31