3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Basketbol

Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”

“Çox gərgin, maraqlı oyun izlədik. Sonda bir komanda qalib gəlməli idi. “Neftçi”ni kuboku qazanması münasibəti ilə təbrik edirəm”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə kubokunun finalında "Neftçi”nin “Xəzri”ni 65:61 hesabı ilə məğlub etdiyi görüş barədə danışarkən deyib.

E.Əmrullayev Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanması barədə də danışıb. O bildirib ki, bu uğur Azərbaycanda basketbolun inkişafına təkan olacaq: “Bu, Azərbaycan idmanı, basketbolu üçün böyük bir hadisədir. Təbii ki, bu uğur Azərbaycan basketboluna təkan verəcək. İlk növbədə çox böyük uğura imza atdıqları üçün komandanı, eləcə də azarkeşləri təbrik edirəm. Biz federasiya olaraq ötən il bu yola Astaradan başladıq və müəyyən bir planlar var idi. Həm “Neftçi”, həm də Azərbaycan millisi dünya seriyasının müxtəlif mərhələlərinə qatıldı. Orada uğurlu çıxış etməklə millimiz seçmə mərhələyə qatılmaq hüququ qazandı. Sevindirici haldır ki, həmin plana uyğun olaraq komanda qarşıya qoyulan məqsədə nail oldu və yekunda olimpiadaya lisenziya qazandı. Təbii ki, bu nəticəyə görə sevinirik. Həmçinin inanırıq ki, Parisdə basketbol millimiz azarkeşləri bir daha sevindirəcək”.

Aprelin 2-də keçirilən AFFA-nın Hesabat-Seçki Konfransında Leyla Xəlilova İcraiyyə Komitəsinə üzv seçildi. E.Əmrullayev L.Xəlilovanın Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən namizədliyi irəli sürüldüyünü xatırladaraq, hələlik AFFA-ya hər hansı bir təkliflərinin olmadığını vurğulayıb: “AFFA-nın yeni rəhbərliyinə uğurlar arzu edirəm. Təhsil Nazirliyi olaraq hələ ki hər hansı bir təklifimiz yoxdur. Çünki İcraiyyə Komitəsi yeni formalaşıb. Hələlik yalnız tanışlıq xarakterli iclası keçirilib. Bəli, gələcəkdə futbolun inkişafı ilə bağlı təkliflərimiz ola bilər. Bir müddət sonra bu barədə müzakirə aparmağımız mümkündür”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31