17 May 2024, Cümə
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Digər idman növləri

Türkiyə avarçəkəni: “Prezident Kuboku” turniri həyəcanlı və maraqlı keçir"

“İlk dəfədir “Prezident Kuboku” reqatasında iştirak edirəm".
 
Futbolxeber.az saytının məlumaıtna görə, bu sözləri avarçəkmə üzrə "Prezident Kuboku 2024” beynəlxalq reqatasının ilk günündə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanan Türkiyə təmsilçisi Naci Oğuzhan Baydemir deyib.
 
İdmançı hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yarışın həyəcanlı və maraqlı keçdiyini bildirib: "Rəqibim yarışa məndən daha tez başladığı üçün saniyə fərqi ilə qızıl medalı əldən verdim. İkinci olduğum yarışda azərbaycanlı Amil Ramazanov bürünc medal qazandı. Onu təbrik edirəm. İndiki hədəfim isə 1000 metr məsafəyə yarışda birinci olmaqdır”.
 
Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31