16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

“Prezident kuboku-2024” reqatasının birinci gününə yekun vuruldu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Prezident kuboku-2024” reqatasının birinci gününə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 və 500 metr məsafədə kayak-kanoe yarışları keçirilib.

Azərbaycan avarçəkəni Amil Ramazanov birnəfərlik kayak qayığında 200 metr məsafəni 42 saniyəyə qət edərək üçüncü olub.

Yarışlar başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyanın prezidenti Mədət Quliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov və Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç təqdim ediblər.

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatasına mayın 3-də Mingəçevirdə yekun vurulacaq. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31