15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Basketbol

Tahir Baxşıyev: "Qarşıya qoyulan minimum məqsədə çatdıq"

"Qarşıya qoyulan minimum məqsədə çatdıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən "NTD-İndiqo"nun baş məşqçisi Tahir Baxşıyev müntəzəm mövsümün yekunları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Mütəxəssis pley-off mərhələsi barədə də danışıb: "İkinci yerdən birbaşa yarımfinala çıxdıq. Bu, bizə üstünlük verir. Ancaq digər tərəfdən, oyun praktikası baxımından geri qalacağıq. 1/4 finaldan yarımfinala vəsiqə qazananlar tonusda olacaqlar. Amma yorğun da ola bilərlər".
 
Baxşıyev mövsümdən razı qaldığını söyləyib: "Enişlər var idi, amma üzərimizdə işləyirik. Pley-offa çıxmaq vacib idi. Biz bunu bacardıq. Oyunçular hər matçda əllərindən gələni edirlər. Səhvləri təhlil edirik. Ancaq deyə bilmərəm ki, hər şey 100 faiz alınır. Elə matçlar var idi ki, çox yaxşı oynayırdıq. Ancaq bəzi məqamlar da heç nə alınmırdı. İdmanda belə hallar olur".
 
Baş məşqçi komandasının pley-offa hazır olduğunu vurğulayıb: "Əhvali-ruhiyyə yüksək səviyyədədir. Çempionluğu qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün yarımfinalda kiminlə oynamağımızın heç bir fərqi yoxdur. Məqsəd çempionluqdur. Buna görə həm yarımfinalda, həm də finalda qalib gəlmək lazımdır. Məsələn, kubokda favorit sayılan "Sabah"ı məğlub etdik. Yaxşı oyun sərgilədik. Ancaq sonra "Xəzri"yə məğlub olduq. O oyunda heç nə edə bilmədik. Pley-off matçlarında isə bir çox amillər vacibdir. Əsas odur ki, zədələnən olmasın. Psixologiya da böyük rol oynayır. Çempion olacağımıza zəmanət verə bilmərəm. Ancaq bir məqsədimiz var - çempionluq. Bunun üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, hər bir oyunçu belə düşünür. Ancaq pley-offa çıxan bütün komandalar bunu istəyir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31