15 May 2024, Çərşənbə
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Suqovuşanda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının baş katibi Fərhad Əliyev tarixi torpaqlarda bu cür yarışın keçirilməsinin böyük uğur olduğunu vurğulayıb.

Suqovuşanda start götürən reqatanın beynəlxalq səviyyəli yarış olduğunu xatırladan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirin davamlı olmasını arzulayıb.

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkədən 30-a qədər komanda iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 2-3-də Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 3-də Mingəçevirdə yarışın bağlanış mərasimi olacaq. Əvvəlcə qaliblər mükafatlandırılacaq, kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Reqataya atəşfəşanlıqla yekun vurulacaq.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31