17 May 2024, Cümə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

Mohammed Kadiri: “Nəinki "Zirə, istənilən rəqibə qalib gələ bilərik”

“Zirə” ilə matçda layiqli mübarizə apardıq. Final fitinə qədər döyüşdük. Oyun başlayandan yalnız qələbə istəyi ilə çıxış edirdik. Var gücümüzü ortaya qoyub layiq olduğumuz qələbəni qazandıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Mohammed Kadiri Azərbaycan Premyer Liqasının 32-ci turunda “Zirə” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Qanalı yarımmüdafiəçi istənilən rəqibə qalib gəlmək gücündə olduqlarını bildirib: “Hələ heç nə yekunlaşmayıb. Mübarizəmizi davam etdiririk. Çempionatın başa çatmasına 4 tur qalıb. Biz nəinki "Zirə, hər bir rəqib üzərində qələbə qazana bilərik. Hər matçda 3 xal uğrunda mübarizə aparmağa gücümüz var”.

O, öz çıxışını belə dəyərləndirib: “Mən həmişə bacardığımı edirəm. Futbolçu olaraq işim mövqeyimə sahib olub komandaya kömək etməkdir. Bununla kifayətlənmirəm. Daha artığını etmək niyyətindəyəm. Düşünürəm ki, gələcəkdə daha yaxşı keyfiyyətlərimi üzə çıxara biləcəm. Çünki hazırkı mövqedə bunu etmək bir qədər asan deyil. Biz komandaya bu mövsüm qoşulduq, bir-birimizi tanımağa başladıq. Qarşıda daha güclü komanda formalaşdırmağa doğru gedirik. Uzun müddət birlikdə oynasaq, mənimçün performans baxımından daha asan olar”.

28 yaşlı futbolçu “Araz-Naxçıvan”ın qış fasiləsindən sonrakı zəif çıxışının səbəbini belə izah edib: “Matçlarımızı izlədikcə görürsünüz ki, hər oyun maksimumu yerinə yetirmək üçün cəhdlər edirik. Amma birlikdə uzun müddət çıxış etmədiyimiz üçün bəzi anlaşmazlıqlarla üzləşirik. Bu mövsüm çempionatda debüt edən, yeni formalaşan komandanın stabil oynaması çətin işdir. Gələcəkdə daha yaxşısı üçün vuruşacağıq”.

Kadiri növbəti turda "Sabah"a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Zirə”yə qarşı göstərdiyimiz performansı, nəticəni təkrarlamaq istəyirik. Asan olmayacaq. "Zirə" kimi, "Sabah" da iddialı komandadır. Biz ancaq qalibiyyətə fokuslanırıq. "Sabah"la oyunda 3 xal qazanmaq istəyirik və buna hazırıq”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31