15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Ölkə futbolu

Adil Şükürov: “Həm insanları tanıdım, həm də işimi təkmilləşdirdim”

“Bütün "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm və onları təbrik edirəm. Komanda mübarizə apardı, döyüşdü. Üç xalı alın tərimizlə qazandıq. Yeni mərhələyə keçirik. Bizdən öndə olan rəqibi ötməyə çalışacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, “Kəpəz”in uğurunuzun sirrini belə açıqlayıb: “Rəhbərlikdən tutmuş, bütün işçilərə kimi hamının əməyi var. Hər kəs yumruq olaraq birləşdi. Bu gün bunun nəticəsini gördük. Bundan sonra yeni hədəflər var. Onlara doğru getməliyik”.

A.Şükürov sonuncu olan “Qəbələ”nin Premyer Liqada qalmalı olub-olmaması barədə də söz açıb: “Bu klub Azərbyacan futboluna çox fayda verir. Burada olan infrastruktur ölkədə ən yaxşısıdır. "Qəbələ"də futbolun sirlərini öyrənən bütün uşaqlara yardım etməliyik. Məncə, "Qəbələ" Premyer Liqada qalmalıdır”.

Mütəxəssis “Kəpəz”ə baş məşqçi təyin olunmamışdan öncə bir neçə il işsiz qaldınız. Sizə qarşı haqsızlıq olduğunu düşünmürsünüz?” sualını belə cavablandırıb: "Zirə"dəki ilk ilimdə gümüş medal qazandıqdan sonra mənim üçün böyük şans oldu. Həmişə əsas komandanın quruculuğunda düzgün yolda olmuşuq. Akademiya qurulmasında da işimizi davam etdirdik. Tovuzda, Naxçıvanda akademiyanln qurulmasında böyük rolumuz oldu. Vaxt itirdiyimi düşünmürəm. Əksinə, öz işimizi daha da yaxşılaşdırdıq. Küskünlüyüm yoxdur. Mənim üçün şans oldu ki, həm insanları tanıdım, həm də işimi təkmilləşdirdim”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31