15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Digər idman növləri

Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar

Azərbaycan taekvondoçuları Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident Kubokunu 12 medalla başa vurublar.
 
Futbolxeber.az saytının Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yarışın son günündə gənclərdən ibarət milli 5 medal qazanıb.
 
Komandanın heyətində Gülü Zamanlı (42 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kq), Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (55 kq) üçüncü yeri tutublar.
 
Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla bitiriblər. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komandamız yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31