15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Ölkə futbolu

Ayxan Abbasov: "Qırmızı vərəqə matçın taleyini həll etdi"

"Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. "Neftçi" bizə ustalıq sayəsində qalib gəldi. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqanın 32-ci turunda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, oyuna yaxşı başladıqlarını bildirib: “Hücumlar edirdik, topa sahib idik. "Neftçi" birinci imkandan istifadə etdi, daha sonra penalti qərarı...Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyin həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik".

A.Abbasov "Turan Tovuz"un son 2 turda müdafiədə inamsız oyunu ilə diqqət çəkməsinə belə münasibət bildirib: “Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. "Sumqayıt"la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz olmadı. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdır. Mövsüm boyu yaxşı oyunlarımız, səhvlərimiz də olur. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəldi”.

“Sizcə, "Turan Tovuz" öz səhvlərindən uduzdu, yoxsa hakim səhvlərinə görə?” sualını təcrübəli mütəxəssis belə cavablandırıb: “Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq. Birinci və ikinci dövrədə bizə qarşı bundan da böyük səhvlər olmuşdu. Bu gün bu haqda danışmayaq. Gələcəyə baxmaq lazımdır. Sadəcə elə qırmızı vərəqə almaq olmaz”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31