29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL

Aprelin 2-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, konfransda fəxri qonaq kimi FİFA və UEFA nümayəndələri də iştirak edəcək.

Hesabat-Seçki Konfransını AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev açıq elan edəcək. İlk çıxış edən məhz o olacaq. R.Abdullayev son 4 ildə AFFA-nın gördüyü işlərin hesabatını təqdim edəcək.

Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova veriləcək. O, 2023-cü ilin maliyyə hesabatını təqdim edəcək.

Sonra konfransda müstəqil audit təşkilatının nümayəndəsinin çıxışı nəzərdə tutulub.

Ardınca söz konfransın fəxri qonaqlarına veriləcək.

Azərbaycan futbolu tarixində ilk olaraq AFFA-nın konfransında FİFA-nı azərbaycanlı nümayəndə təmsil edəcək. Söhbət ali futbol qurumunun Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədovdan gedir. Maraqlıdır ki, FİFA-nı təmsil edəcək E.Məmmədov konfransda ingilis deyil, Azərbaycan dilində danışacaq. Bu isə qurumun tarixində bir ilkdir.

Xatırladaq ki, 2022-ci ildə FİFA nümayəndəsi kimi Türkiyə Futbol Federasiyasının (TFF) Növbədənkənar Seçki Konfransı və Maliyyə Baş Assambleyasında E.Məmmədov türkcə çıxış etmişdi və bu, çox müsbət qarşılanmışdı.

UEFA-nı isə AFFA-nın növbəti Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımçı təmsil edəcək. Konfransda beşinci məhz onun çıxışı nəzərdə tutulub. Qeyd edək ki, 67 yaşlı funksioner 2017-ci ildən UEFA-nın İcraiyyə Komitəsinin üzvüdür.

Daha sonra Milli Olimpiya Komitəsinin və İdman və Gənclər Nazirliyinin nümayəndəsinin çıxışı planlaşdırılır.

Xatırladaq ki, aprelin 2-də “Baku Marriott Boulevard” hotelində keçiriləcək AFFA-nın növbəti Hesabat-Seçki Konfransı saat 10:00-da start götürəcək.

Futbolxeber.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30