21 May 2024, Çərşənbə axşamı
Mövsümün bəxtsizi - “Səbail”
"Qarabağ"dan son 27 ilin rekordu
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə

Ölkə futbolu

Elmar Baxşıyev: "Prinsipim Rəşad Sadıqovla deyil"

“Araz-Naxçıvan”da ilk qələbəmizdir. Amma daha çox komandamın meydançadakı intizamının olması məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd matça hazırlaşacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, oyuna müdafiəyəmeyilli başlamaları haqda bildirib: “Oyun seçimi mənim idi. Mən daha çox komandanın belə oynamasını istəyirəm. Rəqibi də nəzərə alırıq. Bunun əsasında plan tərtib olunur”.

E.Baxşıyev "Zirə"yə qarşı uğurlu nəticələr əldə etməsinə belə münasibət bildirib: “Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik”.

Mütəxəssis sabiq klubu “Qəbələ”nin Premyer Liqa ilə vidalaşmasına da toxunub: “Əlbəttə ki, mən də o komanda ilə uğurlara çatmışdım, o komandada məşqçi kimi püxtələşdim. Klub kompleks işi tələb edir. Səbəblər çoxdur. Mən də səbəblərdən burada danışsam, söhbət uzanacaq. Özümü Kaxaber Sxadadze ilə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, "Qəbələ" Azərbaycan futbolu üçün dəyərli, böyük klubdur. Heç kim istəməz ki, Premyer Liqadan getsinlər. Mən də istəyərəm yüksək liqada qalsınlar, inkişaf etsinlər”.

Elmar Baxşıyev matçın idarəçiliyi ilə haqda sualı belə cavablandırıb: “Qərəz yox idi, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Oyunun nəticəsinə təsir edən səhvlər etmədi. Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır”.

O, hakimlərin bəzi klublara simpatiya göstərməsi fikrinə belə aydınlıq gətirib: “Səhv və qərəzli qərarlar başqa nüanslardır. "Qəbələ"də olanda da bizə qarşı simpatiya görmədim, "Araz-Naxçıvan"dayam, burada da görmədim. İsti münasibətlərini görmədim. İstəyərəm ki, bütün komandalara yanaşma eyni olsun. Hakimlərin 10 komandanın heç birini seçmək ixtiyarı yoxdur, hamısı əziz olmalıdır. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31