30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Vüsal İsgəndərli: "Biz elə komandayıq ki, hər rəqibə qarşı ciddi yanaşmalıyıq"

“Ağır oyun oldu. Çətin də olsa, qələbə qazana bildik. Buna görə sevinirəm”.
 
Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın üzvü Vüsal İsgəndərli “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.
 
O, rəqibin ancaq müdafiə olunduğunu bildirib: “Matçdan öncə favorit göstərilsək də, hər rəqibə hörmətlə yanaşırıq. Monqolustan millisi ancaq müdafiədən oynayırdı. Buna görə qol vurmaq üçün işimiz çətinləşirdi. Sonda da olsa, rəqib müdafiəsini yara bildik. Təbii ki, qələbə qazandığımız üçün çox xoşbəxtik. Bizi dəstəkləmək üçün gələn azarkeşlərə də təşəkkürümü bildirirəm”.
 
V.İsgəndərli meydana arxayın çıxmadıqlarını söyləyib: “Rəqibi ciddiyə almamaqdan söhbət gedə bilməz. Biz elə komandayıq ki, hər rəqibə qarşı ciddi yanaşmalıyıq. Məşqçilər korpusu da bizi oyuna yaxşı kökləmişdilər. Epizodlarımız olurdu, sadəcə yararlana bilmirdik”.
 
29 yaşlı futbolçu martın 25-də Bolqarıstana qarşı keçiriləcək matçdan da söz açıb: “Bolqarıstanla oyun daha çətin keçəcək. Onlar da ilk matçı qələbə ilə başa vurublar. Lakin biz azarkeşlərimiz önündə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, yenə qələbə qazanaq və fanatları sevindirək”.
 
Vüsal İsgəndərli klub karyerasından razılığını ifadə edib: “Hər kəsin fikrinə hörmətlə yanaşıram. Bəziləri “Eqnatiya”da durumumun “Boluspor”la müqayisədə daha yaxşı olduğunu deyirlər. Vurduğum qolları nəzərə alıb belə düşünürlər. İnsanları anlayıram. Amma “Boluspor”da da hər şey ürəyimcədir. Özümü orada çox yaxşı hiss edirəm. Sadəcə “Boluspor” tam fərqli sistemdə oynayır. Bir qədər zamana ehtiyac var. İnanıram ki, burada da qollarım, məhsuldar ötürmələrim olacaq. Ən əsas odur ki, Superliqaya yüksəlmək uğrunda pley-off matçlarına vəsiqə qazanaq”.
 
Fərəc ASLANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30