30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Millinin debütantı: "Bu formanı geymək qürurvericidir”

“Yaxşı oyun keçdi. Sonda fərqləndik. Qalib gəldiyimiz üçün çox şadam”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri milli komandamızın qapıçısı Rza Cəfərov “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.

O, yığmadakı debütunu belə dəyərləndirilib: “İlk dəfə millinin formasını geydim. Bu, qürurvericidir. İkiqat sevincliyəm. Çünki debüt görüşümdə həm qələbə qazandıq, həm də qol buraxmadım”.

Millidə debüt etməsinə baxmayaraq, həyəcanlı olmadığını bildirən 21 yaşlı qapıçı martin 25-də Bolqarıstana qarşı keçiriləcək matçdan da danışıb: “Bolqarıstanla görüş də çətin keçəcək. Onlar da ilk matçda qalib gəliblər. Bununla belə, meydana yalnız qələbə üçün çıxacağıq”.

“90 dəqiqə qapıda dayanmaq darıxdırıcı deyildi ki?” sualını millimizin qolkiperi belə cavablandırıb: “Xeyr. Rəqib nadir hallarda hücum etsə də, çalışırdım oyuna köklənim. Çünki ani zərbə qapımıza qolla nəticələnə bilərdi”.

O, rəqibin matçın sonundakı təzyiqindən də söz açıb: “Hesabda geri düşdükdən sonra Monqolustan millisinin təzyiqi çox idi. Üstəlik, matçın sonları idi. Amma bu təzyiqdən öhdəsindən gəldik və qələbə qazandıq”.

R.Cəfərov millinin düşərgəsindəki atmosferdən razılığını ifadə edib: “Millidə ab-hava çox gözəldir. Hər şey ürəyimcədir. İstər məşqçilər korpusu, istər Şahruddin Məhəmmədəliyev və Səlahət Ağayev mənə böyük dəstək olurlar. Bu, çox xoşdur”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30