30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Qarabağ"la Bakıdakı oyunun nəticəsi fəlakət idi"

"Qarabağ"la cavab oyununun nəticəsi fəlakət idi. Həmin matçda komandam dağıldı, kompakt oynaya bilmədik".

Futbolxeber.az saytının məlumatına görə, bunu Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Ötən ilin iyulunda baş tutmuş matçları xatırlayan niderlandlı mütəxəssis bildirib ki, Poznandakı qələbədən (1:0) sonra səfərdə böyük hesabla uduzmaq məyusedici olub: "Bu görüşdən çox şey öyrəndik. Bunu özüm haqqında da deyə bilərəm. Çətin oyun alınmışdı. Müdafiənin mərkəzində problemlərimiz var idi. Çoxlu səhv etdik. Rəqib bunlardan istifadə edirsə, məğlubiyyət qaçılmazdır".

O, Azərbaycan təmsilçisinin son illər daim avrokubokların qrup mərhələlərində çıxış etdiyini vurğulayıb: "Onların kim olduğunu, heyətində kimlərin oynadığını xatırlamaq lazımdır. "Qarabağ" böyük avrokubok təcrübəsi və çoxlu sayda keyfiyyətli oyunçusu olan komandadır".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə qarşılaşacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30