30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Məqsədimiz üçün mübarizə apara biləcək yaxşı komandamız var”

“Komandanın yaxşı hazırlığı üçün normal toplanış keçmişik. Qış fasiləsindən sonrakı ilk turlardan bizi olduqca əhəmiyyətli oyunlar gözləyir”. 

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, bu sözləri "Kəpəz"in qapıçısı Mario Mustapiç deyib.

O, kollektivin Antalyada keçirdiyi təlim-məşq toplanışında hazırlıq üçün normal şəraitin yaradıldığından bəhs edib: “İstirahət etmək, qidalanmaq üçün hər cür imkana malik oteldə qaldıq, məşq etdiyimiz stadionlar da yaxşı idi. Baş məşqçinin təlimatları əsasında çalışdıq. Hazırlığımız da yüsək səviyyədə keçdi. Ümid edirəm ki, “Qəbələ” və “Səbail” ilə ilk çempionat görüşlərində bizə lazım olan xalları toplaya biləcəyik”.

Mustapiç əsas heyətdə yer almaq uğrunda rəqabətə hazır olduğunu vurğulayıb: “Orxan Sadıqlı əla qapıçıdır. Onun oyunlarda əsas heyətdə yer aldığını bilirəm. Mən də cəhd edəcəm ki, ilk “11-lik”də yer alım. Buna görə həm özüm, həm də komanda üçün əlimdən gələni etməyə çalışacam”.

Qolkiper komandanın qarşısına qoyulan hədəfdən də danışıb: “Məqsədimiz üçün mübarizə apara biləcək gücdə olan yaxşı komandamız var. Biz nəinki elitada qalmaq, hətta orta pillələrdə yer almaq üçün çalışacağıq. Komandada super atmosfer, yüksək əhval-ruhiyyə var. Zamanla daha yaxşı oynayıb xallar toplayacağıq. Azarkeşlər bizim güclü tərəfimizdir. Hələ ölkənizə ilk gəlişimdə onların dəstəyini görmüşdüm. İndi də fanatların bizə güclü dəstək verəcəyini gözləyirəm. Azarkeşlərlə birgə komandanı irəli aparacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30