30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Bulıkin Kadinin "Krasnodar"a transferinə qarşı çıxdı

Rusiya millisinin sabiq hücumçusu Dmitri Bulıkin "Krasnodar"ın Kadi Borgesi transfer etməsinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, Rusiya mətbuatına açıqlamasında hazırkı vəziyyətdə belə transferə ehtiyac olmadığını söyləyib.

Yalnız onu demək olar ki, əgər onlar əcnəbi alırlarsa, deməli, Qalitskinin ("Krasnodar"ın prezidenti Sergey Qalitski nəzərdə tutulur - red.) akademiyası pis işləyir. Hərçənd onun yaxşı fikirləri var idi.

Komandanı öz yetirmələrindən təşkil etmək istəyirdi. Görünür, nəsə düz getməyib ki, onun etimadı doğrulmayıb. Fikrimcə, hazır vəziyyətdə avrokuboklarla iştirak etməyən klubun əcnəbiləri alması doğru deyil. Amma bunu klubu rəhbərliyi və sahibləri müəyyənləşdirir".

Xatırladaq ki, bu günlərdə "Krasnodar" "Qarabağ"ın sabiq oyunçusu Kadi ilə 3,5 illik müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30