19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

"Neftçi”yə uduzmaq Əhməd Ələsgərov üçün faciə idi"

“Bəli, tərs adam idi. Bilirəm ki, dəfələrlə onun diktator olduğunu deyiblər. Amma mənə toxunmayıb”.

Futbolxeber.az saytının məlumatına görə, bunu SSRİ millisinin sabiq futbolçusu Sergey Seku moldfootball.com saytına müsahibəsində Azərbaycan millisinin mərhum baş məşqçisi Əhməd Ələsgərov barədə danışarkən söyləyib.

1988/1989 mövsümündə Ə.Ələsgərovun rəhbərliyi altında çıxış edən veteran futbolçu “Neftçi” ilə oyunu xatırlayıb. O bildirib ki, bakılılara uduzmaq azərbaycanlı baş məşqçi üçün faciə olub: “Almaniya Federativ Respublikası ilə oyundan sonra "Nistru"nun düşərgəsinə gələndən sonra Ələsgərov dərhal mənə dedi: "Hazırlaş, bir neçə gündən sonra əsas heyətdə meydana çıxacaqsan. Həmin vaxt Voronej “Fakel”ini qəbul edirdik. Oyun 1:0 hesablı qələbəmizlə başa çatdı. Daha sonra Kişinyovda "Neftçi"yə uduzduq - 2:4. Oyundan sonra Ələsgərovun rəngi buluddan da qara idi. Çünki "Neftçi”yə uduzmaq onun üçün faciə idi”.

Qeyd edək ki, Əhməd Ələsgərov karyerası ərzində 2 dəfə Azərbaycan millisinə rəhbərlik etməklə yanaşı, 3 dəfə “Neftçi”nin baş məşqçisi olub. Onun “Nistru”ya rəhbərlik etdiyi 1988/1989 mövsümündə İsgəndər Cavadov da komandanın heyətində yer alıb (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31