30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”

“Elxan Məmmədovun açıqlamasında hər hansı sətiraltı məna görmədim. Mən “Neftçi”də Müşahidə Şurasının üzvü idim. Artıq gedirəm. “Neftçi” ilə bağlı dediklərimiz aktualdır. Eyni sözləri milli komanda barədə də deyə bilərəm. Zaman lazımdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf İcraiyyə Komitəsinin yeni tərkibdə keçirilən ilk iclasından sonra təşkil olunan mətbuat konfransında deyib.

O, uğur qazanmaq üçün zamana ehtiyac olduğunu bildirib: “Futbol, təkcə meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun qurulması, gənclərin inkişafı, maliyyədə şəffaflıq da mühüm əhəmiyyət kəsb edir. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var. Bütün aidiyyəti şəxslərin birgə səyi nəticəsində böyük nəticələrə ümid edə bilərik”.

R.Nəcəf Azərbaycan futboluna yeni investorların cəlb olunması üçün çalışacağını bildirib: “İnkişaf üçün yol xəritəsi hələ hazır deyil. Çünki seçki bu gün keçirilib. İstənilən uğur üçün maliyyəyə ehtiyac var. Lakin biz dövlətin dəstəyinin artırılmasından çox, özəl sponsorların cəlb olunması üçün çalışırıq”.

AFFA rəhbəri milli komandanın baş məşqçisi məsələsinə də toxunub: “Bununla bağlı AFFA-da ötən ilin sonunda yaradılan İşçi qrupu var. Həmin komissiya qısa siyahı hazırlayıb, məşqçilərlə danışıqlar aparıb. Bu iş yekunlaşmaq üzrədir. İcraiyyə Komitəsi bu məsələni rəsmiləşdirəcək. Növbəti iclaslarda bu məsələ müzakirəyə çıxarılacaq. İstənilən qərarın verilməsində yerli və ya əcnəbi amili önəm daşımır. Əsas odur ki, Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə hansı mütəxəssislər cavab verəcəklər”.

R.Nəcəf media ilə bağlı gələcək planları haqda sualı belə cavablandırıb: “Futbolun inkişafı yalnız birgə fəaliyyətlə mümkün ola bilər. Media da futbolun ayrılmaz, önəmli hissələrindən  biridir. Sizin də dəstəyiniz bizə lazımdır. Bu baxımdan həm oyunların işıqlandırılması, həm azarkeşlərin cəlb edilməsi üçün müzakirələrin aparılması və s. qeyd etmək olar. Media ilə daha sıx işləyəcəyik. Ola bilər ki, yaxın gələcəkdə müzakirə xarakterli ayrıca, qapalı görüş də keçirək. Qapalı qapılar arxasında hər kəs öz fikrini rahat şəkildə ifadə edə bilər”.

Jurnalistlərdən birinin “kral” deyə müraciətinə R.Nəcəf belə cavab verib: “Mən kral deyiləm, özümü kral da hesab etmirəm. Futbolda insanların birgə çalışması vacibdir. Bu gün mənə böyük etimad göstərilib. Daim futbol oynayan bir insan kimi bu idman növü mənə yaxındır. Peşəkar yanaşmamı göstərməyə çalışacam. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm, lakin bunun üçün həmkarımla birgə etməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30