29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”

Dünən Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən “Sumqayıt” - “Araz-Naxçıvan” (1:0) oyununu izləyənlər arasında sabah keçiriləcək AFFA-nın Hesabat-Seçki konfransında İcraiyyə Komitəsinə üzv seçiləcək Xəyal Cəfərov da olub.

Futbolxeber.az saytının əməkdaşı matçdan sonra İcraiyyə Komitəsində təmsil olunması barədə sual ünvanlasa da, X.Cəfərov bu barədə hələlik danışmaq istəmədiyini bildirib.

“Sumqayıt”ın ev oyunlarını mütəmadi izlədiyini bildirən Xəyal Cəfərov “Neftçi”nin Müşahidə Şurasının sədri vəzifəsində Rövşən Nəcəfi əvəzləyəcəyi barədə yayılan xəbərlərə də aydınlıq gətirməyib: “Şərh vermək hələ tezdir. Bir qədər gözləyək. Gələn həftə danışarıq”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30