12 May 2024, Bazar günü
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Ölkə futbolu

“Sumqayıt”dan azarkeşlərinə müraciət

“BU HƏM SİZİN, HƏM DƏ TƏHLÜKƏSİZLİK YOXLANIŞI APARAN ƏMƏKDAŞLARIN İŞİNİ ASANLAŞDIRACAQ”

“Sumqayıt” klubu bu gün Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində bu gün “Qarabağ”a keçiriləcək oyundan öncə azarkeşlərinə müraciət edir.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə deyilir:

“Azarkeşlərimizin diqqətinə!

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Sumqayıt” - “Qarabağ” matçına azarkeş marağının kifayət qədər böyük olduğundan arenanın tam dolacağı gözlənilir. Stadion ərazisinə giriş bir istiqamətdən – kassanın yanından 6 bilet yoxlanış nöqtəsindən həyata keçiriləcək. Sizdən xahiş edirik ki, yoxlanışdan keçib stadion ərazisinə daxil olduqdan sonra biletin üzərində yazılmış sektora uyğun qapıya yaxınlaşasınız. Bu həm sizin, həm də təhlükəsizlik yoxlanışı aparan əməkdaşların işini asanlaşdıracaq. Sektorları tapmaq üçün ərazidəki könüllülərə müraciət edə bilərsiniz. Qeyd edək ki, qapılar saat 18:30-dan etibarən açılacaq. Anlayışınız üçün təşəkkür edirik!”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31