Minifutbol
“Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”

Minifutbol üzrə Azərbaycan çempionatının 1/4 finalında “Zirə”ni mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atan “Aznur”un baş məşqçisi Rəcəb Fərəczadənin Futbolxeber.az saytına müsahibəsi
- 1/4 final mərhələsinin ilk oyununda “Zirə” üzərində qazanılan 2:0 hesablı qələbəni çoxları sensasiya, sürpriz, gözlənilməz nəticə kimi təqdim etdi. Cavab matçında isə “Aznur” 4:0 hesablı qələbə qazandı. Bu nəticəni qanunauyğunluq hesab etmək olar?
- Cavab görüşünün də birinci oyun kimi çətin olacağını bilirdik. Matça ciddi hazırlaşdıq, amma qeyri-adi də heç nə etmədik. Sadəcə mən təxmin edirdim ki, matçın gedişində onlar qapıçını çıxarıb, altıncı meydan oyunçusunun xidmətindən istifadə edəcəklər. Bir qədər bu yöndə taktiki çalışmalarımız oldu. Gözləmirdilər ki, biz onları 3 nəfərlə qarşılayaq. Bir qədər qeyri-adi bir şey elədik. Rəqib düşünürdü ki, onları 2 nəfər öndə, 3 nəfər arxada qarşılayacağıq, biz isə əksinə etdik. Bu da onlara çətinlik yaratdı. Bu gedişimiz bəhrəsini verdi.
- Yəni demək olar ki, “Aznur” “Zirə”ni taktiki cəhətdən üstələdi?
- “Zirə” çox güclü komandadır. Çempionat boyu da 15 oyunda 15 qələbə qazanmaqla bunu sübut etmişdi. Lakin pley-offdakı bu 2 matçda biz onlardan üstün oynadıq. Topu rəqibə verib, “2 nömrə” ilə oynadıq, öz şansımızı gözlədik. Oyundan qabaq da uşaqlara demişdim ki, ən azı 2-3 qol şansımız olacaq. “Zirə” hardasa boşluğa yol verəcək. Sadəcə bundan istifadə etmək lazımdır. Hələ qaçırdığımız epizodlar da oldu. Müdafiədə komanda mən deyən kimi oynadı. Əsas odur ki, uşaqlar hamısı meydanda ürəyini qoydu və layiqli qələbə qazandıq.
- “Zirə”nin heyətində bugünkü görüşdə uzun müddətdir meydana çıxmayan, hazırda Almaniyada yaşayan Ramiz Çovdarov da forma geydi. Maraqlıdır ki, o, xeyli zamandır komanda ilə birgə məşq etməsə də, meydanda ən fəallardan idi. “Zirə”nin digər oyunçularının passiv, istəksiz görünməsinə səbəb nə ola bilər?
- Məndə olan məlumata görə, Ramiz Çovdarov artıq 1 həftədir gəlib və komandanın məşqlərində iştirak edirdi. “Zirə” barədə nəsə deyə bilmərəm. Hər halda bu, mənim problemim deyil. Ola bilər rəqibin motivasiyası yox idi. Oyuna boş çıxmışdılar. Digər tərəfdən də bilirəm ki, hətta böyük futbolda çıxış edən oyunçularını da son 1 həftədə heç yana buraxmayıblar. Amma bizim oyunçular həftə ərzində Region Liqasında, II Liqada oynayıblar. Mən buna icazə vermişdim. Çünki çörək pulları ordan çıxır. Peşəkar liqa deyil ki, nəyisə qadağan edim.
- Artıq finalın bir addımlığındasınız. Bu oyunla yarımfinal da uğur qazanmaq mümkün olacaq?
- “Aznur” çox sürpriz komandadır. Uşaqlarda potensial var. Sadəcə motivasiya olmaq lazımdır. Məsələn, "Zirə”ni mübarizədən kənarlaşdırdıq. Eyni komanda, eyni oyunçular, eyni baş məşqçi, 2-3 həftə əvvəl ilkin mərhələnin oyununda birinci hissədən sonra “Sumqayıt”a 0:5 hesabı ilə uduzurduq. Futbolçulara həmişə deyirəm ki, mən taktikanı verirəm, lakin siz çıxıb oynayırsınız. Meydanda qərarları siz qəbul edirsiniz. Bu cür qələbədən sonra yarımfinalda daha yaxşı oynamaq lazımdır.
- Özünüz də qeyd etdiniz ki, “Zirə”yə qarşı “2 nömrə” kimi oynayırdınız. Bu da anlaşılandır. Amma yarımfinaldakı rəqib demək olar ki, “Aznur”la bərabər səviyyədədir. Bu halda 2 yox, “1 nömrə” kimi oynasanız, çıxışınız bu dərəcə uğurlu alınar?
- Subyektiv fikrimdir ki, futzaldır, minifutboldur, bu idman növlərində bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir. O potensial bizdə yoxdur. Lakin “2 nömrə” kimi oynamağı bacarırıq. Bu gün komandamız mən istəyən kimi yox, uşaqlar bacardığı kimi oynayır. Yəni mən taktikanı onların potensialına uyğun qururam. Məsələn, müdafiə xəttinə tapşırmışdıq ki, topu ancaq irəli vursunlar. Çünki pas oynasaq, topu itirəcəyik.
- Minifutbol üzrə Çempionlar Liqasında Azərbaycanı iki klub təmsil edir. Bu isə o deməkdir ki, finala yüksələcəyiniz halda həlledici matçda qeydə alınacaq nəticədən asılı olmayaraq qitənin 1 nömrəli klub turnirinə vəsiqə qazanacaqsınız...
- Bizim də istəyimiz məhz budur. Ona görə də oynayırıq. Azərbaycanı Çempionlar Liqasında təmsil etməyi çox istəyirik. Lakin indidən bu haqda danışmaq tezdir. “Zirə” ilə oyunları yaddan çıxartmalı, fikrimizi yalnız yarımfinal matçlarına yönəltməliyik.
- Qarşıdan milli komandamızı Monteneqroda təlim-məşq toplanışı, beynəlxalq turnir, daha sonra isə Avropa çempionatı gözləyir. “Aznur”dan hansı oyunçuların yığmaya dəvət almasını istərdiniz?
- Çox istərdim ki, millidə bizim də oyunçularımız olsun. Bu, komandamız üçün fəxrdir. Tural Məmmədrzayev, Kamran Qürbətov, Əliəkbər Şəbiyev, Təmraz Əmircanov, Mehdi Rəsulov - bu oyunçuları milliyə layiq görürəm. Çox istərdim ki, ən azı təlim-məşq toplanı üçün onlara dəvət gəlsin.
İbrahim CƏFƏROV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- Hamidu Keyta “Araz-Naxçıvan”da
-
18:58
Abdullazadə daha iki il “Sumqayıt”da
-
18:26
Qurban Qurbanov: “Hücum xəttindən razıyam, sadəcə...”
-
18:00
“Bavariya”da yeni müqavilə
-
17:34
Azərbaycanlı qadın hakimə UEFA-dan təyinat
-
17:19
Boksçularımız Almaniyada yarışacaqlar
-
16:45
"Karvan"da ayrılıq
-
15:52
"Qarabağ" - "Şelburn" oyununa nə qədər bilet satılıb?
-
15:33
Polşa millisinin müdafiəçisi “Portu”da
-
15:21
Rəşad Sadıqov: “O baxımdan “Hayduk”un üstünlüyü var”
-
14:08
"Araz-Naxçıvan” Salonikidədir
-
13:46
“Turan Tovuz”dan ayrılan müdafiəçi “Səbail”də
-
12:57
“Qarabağ”ın oyununa görə sabah metro gücləndirilmiş rejimdə işləyəcək
-
12:34
“Zirə” Xorvatiyaya yollandı
-
12:19
Azərbaycan atıcıları Fransada uğurla çıxış ediblər
-
12:02
Hədəflər ayrıdırsa... - QEYD
-
11:43
Duqlas Luis “Yuventus”dan gedir
-
11:21
I Liqa klubunda yeni müqavilə
-
10:55
Şotlandiya klubu “Milan”ın hücumçusu ilə maraqlanır
-
10:38
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
"Turan Tovuz" Türkiyə klubuna qarşı
-
10:07
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 2 medal qazanıb
-
09:49
“Səbail” yeni mövsümün hazırlıqlarına başladı FOTOLENT
-
09:24
Caka karyerasını İngiltərədə davam etdirəcək
-
09:00
“Çelsi” qapıçısını icarəyə verdi
-
20:58
Rüstəm Əhmədzadə “Sumqayıt”da
-
20:35
Qvardiola: “Mənim 75 yaşım var”
-
20:09
Filipinyo “Araz-Naxçıvan”da
-
19:46
“Everton”u yapon futbolçu ilə maraqlanır
-
19:24
Tahir Gözel: “Hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik”
-
18:57
Sabiq “Sumqayıt”lı ölkəsinə qayıtdı
-
18:32
“Səbail” “Araz-Naxçıvan”ın qapıçısını transfer etdi
-
18:11
Salifu Suma: “Malmö”də olmaq mənim üçün çox önəmlidir”
-
18:00
“Milan” “Brügge”yə yeni təklif göndərdi
-
17:28
Adli Premyer Liqa klubunun hədəfində
-
16:15
"Anderlext"dən "Araz-Naxçıvan"a
-
15:53
“Turan Tovuz” sabah Türkiyə klubu ilə qarşılaşacaq
-
15:39
Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalandı
-
15:24
“Mançester Siti” sabiq qapıçısını geri qaytarır
-
14:47
Navas Meksika klubu ilə müqavilə imzaladı
-
14:06
"Kəpəz" legioneri ilə vidalaşdı
-
13:52
Sumanın gedişi rəsmən açıqlandı
-
13:18
Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar
-
12:35
Keniya yığmasının üzvü Azərbaycan klubunda
-
11:41
Millimizin Fransa və İslandiya ilə oyunlarının yeri bilindi
-
11:03
Boksçularımız Avropa birinciliyini 22 medalla başa vurublar
-
10:29
Hüseynov oynadı, komandası 1 xal qazandı
-
10:17
“Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
-
09:54
Sabiq "Sumqayıt"lı Qazaxıstan klubunda
-
09:30
Coşqun Diniyev Türkiyə klubundan ayrılıb
-
22:51
Kaxaber Sxadadzedən qələbə şərhi
29.07.2025
28.07.2025
27.07.2025













