Ölkə futbolu
Rəşad Sadıqov: “O baxımdan “Hayduk”un üstünlüyü var”

“Hər bir komandanın güclü və zəif tərəfləri var. Necə ki, onların, eləcə də bizim. Lakin təəccübləndirən tərəflərdən biri odur ki, “Hayduk”un ispan baş məşqçisi komandanın oyun fəlsəfəsini tamamən dəyişib. Futbolçular daha intizamlı, daha istəklidirlər. Bunu ilk oyundan hiss etmək olurdu. Hər iki komanda mərhələni keçmək istəyir. Düşünürəm ki, səfərdə bizi maraqlı oyun gözləyir”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Hayduk”a qarşı UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Bu gün səfərə yollanan paytaxt təmsilçisinin baş məşqçisi hava limanında “CBC Sport”un suallarını cavablandırıb.
43 yaşlı mütəxəssis ehtiyat qüvvə baxımından Xorvatiya təmsilçisinin daha üstün olduğunu vurğulayıb: “Hazırda komandaların heç biri fiziki cəhətdən ideal formada ola bilməz. Mövsümün ikinci oyununa çıxırıq. Bakıdakı görüşün ikinci hissəsində də gördük ki, dinamika düşmüşdü. Bu da mövsümün əvvəli olması, eləcə də hava şəraiti ilə bağlıdır. Belə məqamda artıq ehtiyat qüvvə işə düşür. O baxımdan da rəqibin üstünlüyü var. İştirak ərizələri daha genişdir, üstəlik, 4-5 yetirmələri əsas heyətdə oynayır. Həmçinin zədəlilərimiz də var. Bir sözlə, ehtiyat qüvvə rəqibdə daha güclü görünür. Lakin əlimizdə olan imkanlarla ən yaxşısını etməyə çalışacağıq”.
Sadıqov Bakıdakı ilk oyundan “Hayduk”dan geri qalmadıqlarını söyləyib: “Keçən mövsümdəki uğurlu çıxışımız futbolçularda özünəinamı daha da artırıb. Bakıdakı matçın ilk hissəsində də bunu gördük. Demək olar ki, rəqibə meydan boyu başını qaldırmağa imkan vermirdik. Lakin fasilədən sonra fərqli oyun getdi. Deməzdim rəqib daha yaxşı oynadı, sadəcə hər iki komandanın pressinqi aşağı düşdü. Son 10-15 dəqiqədə üstünlüyü ələ aldıq. Qola yaxın olan tərəf biz idik. Bir-birinə qarşı iki layiqli rəqib mübarizə aparır. İlk matç göstərdi ki, hər iki komanda digərini yaxşı analiz edib”.
Xatırladaq ki, Bakıda “Zirə” və “Hayduk” arasında baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Xorvatiyada keçiriləcək cavab qarşılaşması iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Azərbaycan çempionu olmuş serb: “İliç “Sumqayıt”dan təklif alan kimi mənə zəng vurdu”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- “Kağız üzərində favorit “Araz-Naxçıvan”dır”
- Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
-
13:31
“Qarabağ”ın oyunu təxirə salına bilər
-
13:14
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun oyun cədvəli məlum oldu
-
12:46
Millimizin baş məşqçisi: “Cüdoçularımız Quba toplanışında özlərini yaxşı tərəfdən göstərdilər”
-
12:29
"Qalatasaray" mövsümə qələbə ilə başladı VİDEO
-
11:35
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:17
"İmişli" sabiq futbolçusunu geri qaytarıb
-
11:08
Azərbaycan millisi Özbəkistanda hazırlıq keçəcək
-
10:42
BOS-dan klublara şad xəbər
-
10:00
"Qarabağ"ın rəqibi mövsümə darmadağınla başladı
-
23:00
Ehtiram Quliyev: "Turan Tovuz"un qarşısına çempionluq hədəfi qoyulub"
-
18:59
“Səbail” “Araz-Naxçıvan”ın yarımmüdafiəçisini transfer etdi
-
18:30
“Zirə” - “Şamaxı” oyunun yeri və başlama saatı dəyişdirildi
-
17:28
FİF-in əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib
-
16:42
“İmişli”dən növbəti transfer
-
16:15
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib
-
15:53
Elvin Məmmədov: “Növbəti mövsüm 2 və ya 3 legionerlə çıxış etmək niyyətindəyik”
-
14:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
14:04
Sabiq “Şamaxı”lı Finlandiya klubunda
-
13:47
Ribeyro rəsmən “Neftçi”də
-
13:29
"Qarabağ" - "Şkendiya" oyununa nə qədər bilet satılıb?
-
12:56
Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb
-
12:32
“Gəncə”dən yeni transfer
-
12:18
Bəxtiyar Həsənalızadə: “Omoniya” “Aris”dən iki dəfə güclüdür”
-
12:00
AFFA rəsmisinə UEFA-dan təyinat
-
11:43
Möcüzə bir dəfə olur...
-
11:25
“Sumqayıt”dan ayrılıb “Omoniya”ya keçdi
-
11:11
"İmişli" gücünü "Sumqayıt"ın əvəzedicilərinə göstərəcək
-
10:54
Mahir Emreli "Şalke"yə qol vurmaq istəyir
-
10:37
Amerikalı legionerlə yeni müqavilə imzalandı
-
10:02
Azərbaycanın cüdo millisi Qubada intensiv məşqlərə cəlb edilib
-
09:49
Kaxaber Sxadadze: “Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi”
-
09:26
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
-
09:10
Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
-
23:38
"Araz-Naxçıvan"ın məğlubiyyəti VİDEO
-
23:00
“Omoniya”nın baş məşqçisi: “Qələbəmiz asan olmadı”
-
22:42
“Bunu qəbul etmək lazımdır”
-
22:26
Saşa İliç: “Bu, oyunlarımızın arasında ən yaxşısı idi”
-
21:54
"Araz-Naxçıvan"dan ağır yenilgi
-
21:11
"Kəpəz" növbəti transferini rəsmiləşdirdi
-
20:37
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi
-
18:06
“Çelsi”ni “Bernli”yə dəyişdi
-
17:49
İlin ən yaxşı klubu adına 5 namizəd
-
17:15
"Şamaxı" "Zirə" ilə üz-üzə gələcək
-
16:53
Onlar “Lev Yaşin” mükafatına namizəddirlər
-
16:28
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı
-
16:00
“Omoniya” “Araz-Naxçıvan” önünə itkilərlə çıxacaq
-
15:34
Son Hın Min ABŞ lubunda
-
14:42
Azərbaycanın millisinin üzvü Türkiyədə əməliyyat olunub
-
14:16
FIFA reytinqi: Millimiz yerində saydı
-
13:01
“Səbail”dən ayrılan müdafiəçi Malayziya klubunda
09.08.2025
08.08.2025
07.08.2025













