Ölkə futbolu
Ehtiram Quliyev: "Turan Tovuz"un qarşısına çempionluq hədəfi qoyulub"

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, klub rəhbəri əvvəlcə komandanın yeni mövsümə hazırlığından danışıb:
"Təlim-məşq toplanışlarımız çox səmərəli keçdi. Baxmayaraq ki, komandanı tam komplekləşdirmək mümkün olmadı. Çünki istəmədik ki, transfer xatirinə transfer edək. Büdcəmizin yetərincə geniş olmadığını nəzərə alaraq transferlərdə səhvləri minimuma endirməyə çalışdıq. Ona görə də bu işlər bir qədər ləng getdi. Buna baxmayaraq, əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür. Komandaya çox yaxşı fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Tibbi personalımızı gücləndirdik. Azarkeşlərimizin görmədiyi aşağı yaş qrupları ilə bağlı işlərimizi genişləndirdik. Deyərdim ki, yay toplanışında tam gözlədiyimizi əldə etdik".
Azarkeşlərə səslənən Ehtiram Quliyev qarşıya çempionluq məqsədi qoyduqlarını da bildirib: "Əgər azarkeşlərimiz olmasa, bizim Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdur. Mənim həyat fəlsəfəm ondan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. "Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub".
E.Quliyev klubun transfer planlarından da danışıb: "Yeni futbolçuların transferləri barədə də müzakirələr aparılır. Minimum 2-3 futbolçunun komandaya alınacağını planlaşdırırıq. Komandamız Bakıda da hazırlıq keçəcək. Azarkeşlərimiz rahat olsunlar, komandamız yeni mövsümə var gücü ilə hazırlaşır. Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdir. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadır və mülkiyyəti kimə qalacaq. Yəni etdiyimiz hər şey "Turan Tovuz"un daha da gücləndirilməsinə hesablanıb. Bu il də layihələrimizi davam etdiririk. Stadionun ot örtüyünün dəyişdirilməsi asan başa gəlmir. Əslində biz bu işi ötən ildən planlaşdırırdıq. Lakin turnir cədvəlində yer aldığımız mövqeyə görə bunu edə bilmədik. Azarkeşlərdən uzaq qalmağa cəsarətimiz çatmadı. Ot örtüyününün dəyişdirilməsi böyük maliyyə tələb edir. Əslində bu prosesə yayın əvvəlində başlayıb, yeni futbol mövsümünün başlanğıcına qədər bitirə bilərdik. Sadəcə ot örtüyünün özünün yetişmə mövsümü olur. Məhz buna görə, sentyabrın əvvəlində stadiona təbii ot örtüyünün toxumları səpiləcək. Hazırda orada ciddi işlər gedir. Hava şəraitindən asılı olaraq, oktyabr ayında ot örtüyünün dəyişidirlməsi işləri yekunlaşmalıdır. Mənə məlumatlar gəlir ki, bəzi azarkeşlər gedən işlərlə tanış olmaq üçün tez-tez stadiona baş çəkirlər. Düşünürəm ki, bu il infrastruktur işlərinin ilkin mərhələsini başa vuracağıq".

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
- Freddi Varqas rəsmən “Neftçi”də
- Basketbol millimizdən növbəti qələbə
-
18:20
Qurban Qurbanov: “Sabah bərk durmağı bacarmalıyıq”
-
17:56
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
-
17:31
Millimizin rəqibləri məlum olub
-
17:18
"Karvan" daha bir legioner transfer etdi
-
16:49
Azərbaycanın boks hakimi Asiya çempionatının ən yaxşısı seçilib
-
15:24
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat
-
15:07
"Zirə" - "Araz-Naxçıvan" oyununun tarixi dəyişdirildi
-
14:53
“Səbail” qapıçı transfer etdi
-
14:35
Bakıda cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib
-
14:12
"Zirə"nin vingeri ili erkən başa vurdu
-
14:00
Millimizin üzvü komandasını dəyişib
-
13:26
Prezident İlham Əliyev "Səbail"in sponsorunu təltif etdi
-
12:48
“Şkendiya” artıq Bakıdadır
-
12:35
"Şamaxı"da ayrılıq
-
12:09
UEFA-dan “Şkendiya”ya xəbərdarlıq
-
11:51
İrina Zaretska: “Bu, hər şeyi bacardığımın sübutudur”
-
11:27
"Qarabağ"ın oyununa görə Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
-
11:14
Azərbaycanı Braziliyada təmsil edəcək idmançılar müəyyənləşib
-
10:45
Çimərlik voleybolu yığmalarımız Avropa çempionatına yollanıblar
-
10:03
"Araz-Naxçıvan" braziliyalı ilə gücləndi
-
09:52
Krivotsyukun komandasından əzmkar qələbə
-
09:30
Rüfətin debütu yenə baş tutmadı
-
17:46
Emreli: “İlk qələbə asan əldə olunmur”
-
17:12
“Real”ın yetirməsi “Qəbələ”də
-
16:59
"Karvan" iranlı müdafiəçi transfer etdi
-
16:35
Falaye Sako rəsmən “Neftçi”də
-
14:20
Ayxan Abbasov: “Onlar cümə və şənbə günü Şamaxıda oynasalar, onda biz gərək iki gün məşq etməyək”
-
13:47
Ozan Can: “Nəhayət Erediviziyada oynayıram”
-
12:34
Dünya reytinqi: “Qarabağ” və “Zirə” gerilədi, “Araz-Naxçıvan” irəlilədi
-
12:08
“Emireyts kuboku”nu “Arsenal” qazandı VİDEO
-
11:53
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:21
“Neftçi”nin yeni transferlərinə baxsaq, ustalıqları göz önündədir”
-
10:40
Rəşad Sadıqov: “Bu mövsüm ikinci yer yox, altılığa düşmək belə çətin olacaq”
-
10:16
Millimizin üzvü Niderland klubunda uğurlu debüt etdi
-
09:32
Mahir "Şalke"yə qarşı oynadı
-
23:47
Masaki Murata yenidən “Sumqayıt”da
-
22:25
“Zirə” “Şamaxı”yə məğlub oldu
-
15:52
“İmişli”, AFFA , Orxan Lökbatanlı və “I əməliyyatı”
-
15:00
Azərbaycan karateçisi Dünya Oyunlarında finala vəsiqə qazanıb
-
14:23
"Azərreyl"dən yeni transfer
-
13:31
“Qarabağ”ın oyunu təxirə salına bilər
-
13:14
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun oyun cədvəli məlum oldu
-
12:46
Millimizin baş məşqçisi: “Cüdoçularımız Quba toplanışında özlərini yaxşı tərəfdən göstərdilər”
-
12:29
"Qalatasaray" mövsümə qələbə ilə başladı VİDEO
-
11:35
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:17
"İmişli" sabiq futbolçusunu geri qaytarıb
-
11:08
Azərbaycan millisi Özbəkistanda hazırlıq keçəcək
-
10:42
BOS-dan klublara şad xəbər
-
10:00
"Qarabağ"ın rəqibi mövsümə darmadağınla başladı
-
23:00
Ehtiram Quliyev: "Turan Tovuz"un qarşısına çempionluq hədəfi qoyulub"
11.08.2025
10.08.2025
09.08.2025
08.08.2025













