Ölkə futbolu
“İmişli”, AFFA , Orxan Lökbatanlı və “I əməliyyatı”

Bəh-bəhlə Premyer Liqaya buraxılan “İmişli” aylardır stadion məsələsini həll edə bilmir. Komanda rəhbərliyi əvvəlcə bəyan etdi ki, stadion kluba məxsus olmadığı üçün arenaya böyük vəsait xərcləməyi düşünmürlər. Qısaca bildirdilər ki, stadionu verin bizə, sonra pul xərcləyək. Buna görə də AFFA əlacsız qalıb “İmişli”yə güzəştə getdi. Məlum oldu ki, komanda bir müddət ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.
Bu günlərdə bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov mətbuata açıqlamasında bildirib ki, “Paltardəyişmə otaqlarını təmir etdirəcəyik. Bir də çəkiliş üçün zonaları hazırlamalıyıq. Ciddi problemlər yoxdur. Çatışmazlıqlar yoluna qoyulacaq. Əsasən paltardəyişmə və hamam otaqları qaydasına salınmalıdır. Təmirə başlamaq üçün müqavilə bağlanmasını gözləyirik”.
Maraqlıdır, klub niyə bu vaxta qədər Quba Olimpiya İdman Kompleksi ilə müqavilə imzalamayıb? Nəyi, kimi gözləyiblər? Çempionatın startını?
Bu gün isə məlum oldu ki, “İmişli” klubuna ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirməyə icazə verilməyib. Bu barədə Peşəkar Futbol Liqasının yaydığı məlumatda qeyd olunub ki, “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.
Meyxanaçı Orxan Lökbatanlını yəqin ki, çoxları tanıyır. Orxan əslən İmişlidən (təsadüfə bax ha) olsa da, uzun illər Lökbatanda yaşayıb. Buna görə də özünə təxəllüs kimi yaşadığı yerin adını götürüb. Sonra isə şair köçüb Yasamala. Yəni əslən İmişlidən olsa da, Yasamalda yaşasa da, Orxan Lökbatanlı kimi çağrılır. Bundan xəbərdar olan Pərviz Bülbülə də, deyişmələrin birində üzünü Orxana tutaraq deyir ki:
Sənə bir sual verim, ver cavabın olsun halal,
Heç millət bir yana, ay Orxan, məni gəl başa sal,
Əslin İmişli, ləqəb Lökbatan, evin Yasamal,
Hardansan sən, hardansan sən?
İndi “İmişli” klubu, adın “İmişli” olsa da, gah Qubaya üz tutursan, gah Şamaxıya. Əslində haranı təmsil edirsən, heç olmasa özün bilirsən?
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu da sanki çevrilib olub mərhum rus aktyoru Aleksey Smirnov. Yəqin ki, çoxları onun “I əməliyyatı” filmindəki obrazını xatırlayır. Həmin filmdə Smirnovun ən məşhur frazalarından biri “Xlebzavod - ya, sementnı zavod - ya, paqruzka uqlya - ya, uborka konyuşniya - ya!” İndi “Şamaxı” - Şamaxı, “Karvan” - Şamaxı, “İmişli” - Şamaxı. Daha keçib, mövsümə stadionsuz start verən “Kəpəz” və “Turan Tovuz”u da göndərin Şamaxıya, türklər demiş, kadro olsun tamam...
AFFA, vallah, sizinki də iş deyil. Allah kəssin belə 12 komandalı çempionatı. Gül kimi 10 komanda ilə yarış keçirirdiniz də. Sizə lazım idi, qaş düzəldən yerdə vurub göz çıxarmaq? İndi də “İmişli” kimi həvəskar klublar gündə bir tamaşa göstərir. Nə məcbur idi axı?
İBRAHİM

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
- Freddi Varqas rəsmən “Neftçi”də
-
10:35
Peşəkar Futbol Liqasından II Liqa klublarına dəstək
-
10:14
ÇL: "Araz-Naxçıvan"ın iki oyunu üçün təyinatlar açıqlanıb
-
10:00
Leandro Andrade: “Fikirləşmirik ki, 1:0 hesabı ilə qalib gələcəyik, yaxud 5:0”
-
09:53
"Ferensvaroş"un baş məşqçisi: "Qarabağ"dan danışdı
-
09:27
"Fənərbaxça" "Feyenoord"a 5 qol vurdu VİDEO
-
09:08
Tahir Gözel: "İnşallah, “Liverpul”u, PSJ-ni Bakıda görəcəyik”
-
08:42
Balaəli “Qarabağ”ın qələbəsindən danışdı: “Komanda bu il ÇL-də daha da irəli gedəcək”
-
00:36
UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
-
00:21
"Qarabağ"dan 5 qollu qələbə VİDEO
-
00:09
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
-
23:00
Qurban Qurbanov: “Azərbaycanlıların dediyi söz, tənqid çox xoşdur”
-
22:53
AFFA prezidentindən təbrik
-
22:21
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" qələbəyə layiq idi"
-
21:45
"Qarabağ" ÇL-in pley-offunda!
-
20:37
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
19:16
Tahir Gözel “Şkendiya”nın sahibi ilə görüşdü
-
18:42
“Tofiq Bəhramov”da fan-zona yaradıldı FOTOLENT
-
17:54
"Bayer" yarımmüdafiəçi transfer etdi
-
17:03
"Araz-Naxçıvan" Nikosiyadadır
-
16:49
"Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
-
16:37
“Neftçi”nin açıq məşqi olacaq
-
16:25
Qəbələdə boks hakimləri üçün seminar keçirilib
-
15:51
Sabiq "Qalatasaray"lı yenidən Türkiyə klubunda
-
15:40
Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb
-
15:18
“Sumqayıt” - “Kəpəz” oyununun biletləri satışda
-
14:32
"Neftçi"nin “Palms Sports” Futbol Mərkəzinin yeni görünüşü VİDEO
-
14:04
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakıda daha bir seminarı baş tutub
-
13:59
Millimiz Monteneqro ilə qarşılaşacaq
-
13:23
PSJ Ukrayna millisinin üzvünü heyətinə qatdı
-
12:46
“Benfika”nın üzvü Azərbaycan klubunda
-
12:17
"Trabzonspor" mövsümə qələbə ilə başladı VİDEO
-
11:35
Azərbaycan klubu ABŞ-dən transfer etdi
-
11:08
Azərbaycan çempionatının 33 mövsümündə ən çox oyun keçirən 33 futbolçu
-
10:51
Voleybol millimiz Belçikaya yollanıb
-
10:24
Cəlal "Lokomotiv"ə qarşı oynadı VİDEO
-
10:12
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:49
Renatın komandasından heç-heçə
-
23:57
“Qarabağ” “Şkendiya” azarkeşləri üçün ayrılmış biletləri də satışa çıxarır
-
23:05
“Neftçi”nin yeni transferi: “Həm xoşbəxt, həm də motivasiyalıyam”
-
22:32
"Traktor" Superkuboku qazandı
-
21:13
"Sumqayıt" braziliyalı müdafiəçi transfer etdi
-
18:48
Mikels“Şamaxı"nı "Zirə”yə dəyişdi
-
18:20
Qurban Qurbanov: “Sabah bərk durmağı bacarmalıyıq”
-
17:56
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
-
17:31
Millimizin rəqibləri məlum olub
-
17:18
"Karvan" daha bir legioner transfer etdi
-
16:49
Azərbaycanın boks hakimi Asiya çempionatının ən yaxşısı seçilib
-
15:24
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat
-
15:07
"Zirə" - "Araz-Naxçıvan" oyununun tarixi dəyişdirildi
-
14:53
“Səbail” qapıçı transfer etdi
13.08.2025
12.08.2025
11.08.2025













