16 Avqust 2025, Şənbə
"Kəpəz"də struktur dəyişikliyi
"Qəbələ" qələbəni əldən verdi
Yeni mövsümün ilk qolu vuruldu
"Omoniya" layiqli qələbə qazandı"

Ölkə futbolu

"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" qələbəyə layiq idi"

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Şkendiya"nı 5:1 hesabı ilə darmadağın edərək pley-offa vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri jurnalistlərin suallarını cavablandırıb:

- Bakıya mərhələ keçmək üçün gəlmişdiniz, amma tam fərqli nəticə oldu. Bunu necə izah edərdiniz?

- İlk növbədə "Qarabağ"ı və azarkeşlərini təbrik edirəm. "Qarabağ" qələbəyə layiq idi, bizdən çox yaxşı oynadılar. Matça gəldikdə, 1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur. Biz birinci hissədə çox pis oynadıq və 4 qol buraxdıq. Sabahdan oyunu analiz edəcəyik və Avropa Liqasının pley-off mərhələsi üçün motivasiya tapmağa çalışacağıq. "Qarabağ"a uğurlar arzulayıram.

- İlk oyunda fiziki problem yaşadığınızı demişdiniz. Sizcə, bu gün fiziki problem məğlubiyyətinizə səbəb oldu, yoxsa "Qarabağ"ın keyfiyyəti və səviyyəsi təsirini göstərdi?

- Çox səbəb var. İntensivlik və fiziki problem. Ən birinci problem odur ki, erkən qollar buraxdıq. Bu məsələdə problemləri həll etməliyik. Bizim çempionatla müqayisədə Çempionlar Liqasında gərginlik çox yüksəkdir.

- Bu hesab sizin üçün sürpriz oldu, yoxsa gözləyirdiniz?

- 1:5 nəticəsini gözləmirdik. Daha yaxşı oynayıb, daha yaxşı nəticə istəyirdik. Bizim üçün əhəmiyyətli olan təcrübələrdən dərs çıxarmaqdır. Bu oyunlardan nəsə öyrənməyə çalışacağıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31