Ölkə futbolu
Klublarımız üçün Avropa: bir pley-off qədər uzaq

"Qarabağ” yenə meydanda tək qaldı. “Zirə”nin ardınca “Sabah” və “Araz-Naxçıvan”ın da Avropa macərası qısa çəkdi. Naxçıvan klubu hələ ilk oyundan sonra Konfrans Liqası ilə sağollaşacağının “anonsunu vermişdi”. Ona görə də “Qarabağ”ın Avropada tək qalmaması üçün bütün ümid “Sabah”a idi. Gəl ki, paytaxt təmsilçisi növbəti dəfə sübut etdi ki, ona güvənmək, inanmaq, ümid etmək səhvdir.
Mövsüm ərzində 25-30 milyon pul xərcləyən, deyilənə görə prezidenti ayda 30 min (!!!), icraçı direktoru isə 15 min (!!!) maaş alan klub Konfrans Liqasında pley-offa belə yüksələ bilmədi. “Sabah”ın gücü yalnız özündən qat-qat zəif Moldova klubunu üstələməyə çatdı. Belə çıxır ki, o boyda pul "Petrokub"u keçmək üçün xərclənmişdi? Təbii ki, yox. Bu zaman ortaya sual çıxır? Bəs “Sabah”ın problemi nədədir? Əlbəttə ki, idarəçilikdə. Bu haqda daha əvvəllər də yazmışıq. Əgər bir kluba illərlə on milyonlar xərclənirsə, əcnəbi baş məşqçilərin biri digərini əvəzləyirsə, hər il komanda 10-15 legioner transfer edirsə və bütün bunların qarşılığında nəticə yoxdursa, deməli, problem idarəçilikdədir. Heyif "Sabah"ın sponsorlarının pullarından. Bir Moldova klubunu keçmək üçün ildə 30 milyon xərcləməyə dəyməz, vallah dəyməz. Yarandığı gündən bu günə qədər kluba 100 milyondan çox pul xərclənib. Lakin o məbləğin qarşılığında “Sabah” qrup mərhələsi bir yana, avrokuboklarda heç pley-off üzü də görməyib. Bu, sadəcə fiaskodur.
“Sabah”ın bacarmadığını bacaran, yəni UEFA Konfrans Liqasında oynayacaq klubların bəzilərinə diqqət yetirək: “Differdanj” (Lüksemburq), “Neman” (Belarus), “Dinamo Tirana” (Albaniya), “Linfild”, “Şemrok Rovers” (hər ikisi İrlandiya), “Virtus” (San Marino), “Breydablik” (İslandiya), “Drita” (Kosova), “Hamrun” (Malta). Bəzilərinə hətta adamın peşəkar klub deməyə belə dili gəlmir. Gəl ki, artıq Konfrans Liqasının pley-offundadırlar. Nəinki yuxarıdakı 9 klub, hətta Avroliqada pley-offa yüksəlməklə avtomatik olaraq Konfrans Liqasının Liqa mərhələsini təmin edən “Linkoln” (Cəbəllütariq), “Kups” (Finlandiya) və “Zrinski”ni (Bosniya və Hersoqovina) də bir yerə yığsaq, 12 klubun büdcəsinin cəmi “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”a ötən il xərclənən puldan daha az gələr. Gör necə vəziyyətdir ki, Cəbəllütariq klubu Konfrans Liqasının qrupunda, San Marino və Malta təmsilçiləri isə pley-offda oynayacaq. Azərbaycanın isə 3 klubundan birinin də pley-offa yüksəlməyə cürəti çatmadı. Gəl ki, 3 gündən sonra “İmişli”ni, “Karvan”ı udub şirə dönəcəklər...
İbrahim Cəfərov

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
- Samir Abasov: “Neftçi”də ab-hava mükəmməldir”
-
18:55
"Qəbələ" qələbəni əldən verdi
-
18:31
Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
-
18:17
Yeni mövsümün ilk qolu vuruldu
-
17:58
UEFA-dan Elçin Məsiyevə yeni təyinat
-
17:42
Azərbaycan gimnastları Dünya Oyunlarında üç gümüş medal qazanıblar
-
17:15
“Fiorentina”nın oyunu Əliyar Ağayevə tapşırıldı
-
16:39
Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
-
16:20
PFL prezidenti mövsümün açılış oyununda
-
16:06
"Karvan" meydana 8, “Qəbələ” 6 legionerlə çıxır
-
15:54
Portuqaliya - Azərbaycan oyununun yeri açıqlandı
-
14:43
Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
-
14:21
Yaşar Seyidov: “Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz”
-
13:18
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq oyuna təyinat alıb
-
12:55
Millimizin futbolçusu Türkiyədə klubunu dəyişib
-
12:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:39
Türkiyəli qapıçı “Lill”də
-
11:16
"Beşiktaş"dan əzmkar qələbə VİDEO
-
10:47
Klublarımız üçün Avropa: bir pley-off qədər uzaq
-
10:23
Boksçularımız MDB Oyunlarına hazırlığı Çində davam etdirəcəklər
-
10:04
Cəlal oynadı, komandası pley-offa yüksəldi
-
09:30
"Araz-Naxçıvan"ın böyük hesablı məğlubiyyəti VİDEO
-
23:46
"Omoniya" layiqli qələbə qazandı"
-
23:17
"Neftçi" kapitanlarını açıqladı
-
22:55
"Araz-Naxçıvan" yenə uduzdu
-
17:22
“Azərbaycan Şahmat Turu” layihəsinin ilk 6 yarışında 1553 iştirakçı mübarizə aparıb
-
16:31
İdmançımız Dünya Oyunlarında gümüş medal qazanıb
-
15:48
Rəşad Sadıqovun köməkçisi "Zirə"dən getdi
-
15:00
Ruzanna Məmmədova: "Ümid edirəm ki, dünya çempionatında tilsimi qıracağam"
-
14:19
“Neftçi” - “Şamaxı” oyununun biletləri sabah satışa çıxacaq
-
13:51
“Neftçi”yə lazım olmadı, Portuqaliya klubuna keçdi
-
13:23
PFL II və III turun oyun cədvəlini açıqladı
-
12:37
Ukraynalı yarımmüdafiəçi: “Qarabağ” beynəlxalq zəngin təcrübəyə malik komandadır”
-
12:04
Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
-
11:48
"Sumqayıt" fransız müdafiəçi ilə əvvəl müqavilə imzaladı, sonra icarəyə verdi
-
11:26
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Qarabağ" "Ferensvaroş"la oyunöncəsi azarkeşlərə müraciət edib
-
09:30
Superkubokun qalibi PSJ oldu VİDEO
-
21:24
"Sumqayıt"ın yetirməsi "Şamaxı"da
-
20:53
"Araz-Naxçıvan"ın legioneri: “İnanıram ki, sabah istədiyimizə çatacağıq”
-
20:32
Elmar Baxşıyev: “Komanda şəklində daha yaxşısını edə bilərik”
-
20:19
Cenk Sümer: “Çempionluğa namizədlərdən biri “Neftçi”dir”
-
20:07
Alexandro Serranonu yenidən "Turan Tovuz"da
-
19:48
Vitsel İspaniyada qaldı
-
19:21
Azərbaycanı dünya çempionatında 15 cüdoçu təmsil edəcək
-
19:06
"Kəpəz"dən növbəti transfer
-
18:45
Samir Abasov: “Bu heyətlə ən yaxşısını etməyə çalışacağıq”
-
18:30
Sabiq “Səbail”li vətəninə qayıtdı
-
17:54
"Liverpul"da 40 milyon avroya müdafiəçi transfer edir
-
17:13
Bakı klubu iki serbiyalını heyətinə qatıb
-
16:47
Naxçıvanda UEFA C kursunun ikinci mərhələsi keçirilir
15.08.2025
14.08.2025
13.08.2025













