15 Avqust 2025, Cümə
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
AFFA prezidentindən təbrik
"Qarabağ" ÇL-in pley-offunda!
"Araz-Naxçıvan" Nikosiyadadır

Ölkə futbolu

“Neftçi” - “Şamaxı” oyununun biletləri sabah satışa çıxacaq

Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Şamaxı” matçının biletləri oyundan bir gün əvvəl satışa çıxarılacaq.

Futbolxeber.az saytının məlumatına görə, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst” sektoru), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edəcək biletləri stadionunun kassasından əldə etmək mümkün olacaq.

Kassa avqustun 15-i saat 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan oyun saatına qədər işləyəcək.

Qeyd edək ki, mövsümlük biletləri isə onlayn şəkildə https://bilet.neftchi.az saytından əldə edə bilərsiniz.

Xatırladaq ki, avqustun 16-sı “Palms Sports Arena”da keçiriləcək “Neftçi” - “Şamaxı” matçı saat 20:00-da start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31