21 Mart 2026, Şənbə
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

PFL “Ayın qolu” layihəsini davam etdirəcək - Elxan Səmədov açıqladı

Son 2 ildə Peşəkar Futbol Liqası (PFL) tərəfindən keçirilən Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi 2025/26 mövsümündə də davam etdiriləcək.

Futbolxeber.az saytına açıqlamasında bu barədə PFL-in prezidenti Elxan Səmədov məlumat verib.

O, ötən mövsümdən müzakirəsi gedən qapıçılarla bağlı bənzər “Ayın qurtarışı” mükafatının təsis edilməməsinə də aydınlıq gətirib.

“Ayın qurtarışı” mükafatının təqdim edilməsi mövzusunu ötən mövsüm sponsorumuzla müzakirə etmişdik. Sadəcə fərq ondadır ki, meydandakı oyunçular çoxdur və hamısının gözəl qol imkanı tez-tez olur. Belədə yüzdən çox oyunçu arasından seçim edilir. Qapıçılara gəldikdə isə etiraf edək ki, demək olar bütün komandalar oyunların əksəriyyətində eyni qapıçının xidmətindən yararlanır. Belədə təxminən 10 ay ərzində demək olar eyni qolkiperlər arasından seçim etməli olacaqdıq. Ona görə bu layihənin tətbiqini saxladıq”, - deyə E.Səmədov bildirib.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31