21 Fevral 2026, Şənbə
Saşa İliç 1 xalı qənaətbəxş sayır
Kurban Berdiyevdən qələbə şərhi
“Komandada çaşqınlıq var idi”
Millimiz darmadağın oldu

Ölkə futbolu

“Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”

“Zirə”nin yeni transferi Eren Aydın dünən Azərbaycan Premyer Liqasının 21-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra (0:2) jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Debüt oyununuz komandanız üçün nəticə baxımından uğursuz alındı. Məğlubiyyətə səbəb nə oldu?

- Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, uduzduq. Bunda erkən qollar buraxmağımızın böyük rolu oldu. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Qol epizodlarımız da oldu. Lakin son nöqtəni qoya bilmədik.

- “Zirə”yə keçidiniz necə baş tutdu?

- Transfer bir günün içində reallaşdı. Hazırda “Zirə”də olduğum üçün xoşbəxtəm. Mövsümün sonuna qədər müqavilə imzalamışıq. Bu müddət ərzində komandamın uğurları üçün əlimdən gələni edəcəyəm.

- Ukraynanın “Veres” klubundan ayrılmağınıza müharibə səbəb oldu?

- Bəli, orada həyati təhlükəm yüksək idi. Üstəlik, tez-tez baş verən elektrik kəsintisi ilə həyata davam etmək çətindir. Ona görə də ayrılmaq üçün klubdan icazə istədim. Lakin “Veres” rəhbərliyi transferimə mane olurdu. Portuqaliya və Türkiyə Superliqasından təkliflərim var idi. Getməyimə imkan vermədilər. Nəhayət ki, oradan ayrıla bildim. Artıq əksər ölkələrdə transfer pəncərəsi bağlanmışdı. Belədə Azərbaycan vartiantı yarandı. Sağ olsun, “Zirə” mənə inandı, sahib çıxdı. Mən də bu inamın qarşısını vermək üçün əlimdən gələni edəcəm.

- Qeyd etdiyiniz kimi, müqaviləniz 4 aylıqdır. Mövsümün sonunda sözləşmənin müddətini artırmağınız mümkündür?

- Burada olduğum müddətdə komandamın uğuru üçün əlimdən gələni edəcəyəm. Sonra necə olacağını isə zaman göstərəcək. Hər şey mümkündür. Burada qala da bilərəm, başqa yerə gedə də.

- Son illər Azərbaycanda türkiyəli futbolçuları görmək olmur. Daha əvvəl ölkəmizdə oynayan həmyerliləriniz haqda məlumatınız var?

- ⁠Türk futbolçuları bilmirəm. Azərbaycanlı 2-3 dostumun daha əvvəl bu çempionatda oynadığını bilirəm. Məsələn, Vüsal İsgəndərliyini tanıyıram.

- Məsələn, Oktay Dərəlioğlu, Ahmet Dursun, Suat Usta kimi ulduz futbolçular daha əvvəl Azərbaycanda çıxış ediblər...

- Hə, o barədə məlumatım var. ⁠Onlar daha əvvəl burada çıxış ediblər. O vaxtlar mənim yaşım az idi (gülür).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28