21 Fevral 2026, Şənbə
Kurban Berdiyevdən qələbə şərhi
“Komandada çaşqınlıq var idi”
Millimiz darmadağın oldu
XXI turun hakim təyinatları

Xarici futbol

"İnter"dən UEFA-ya şikayət

"İnter" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Bodo/Qlimt"lə səfər matçını keçirdikləri "Asmpira" stadionundakı süni meydançanın vəziyyətindən UEFA-ya rəsmi şikayət edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı yazıb.

Sözügedən görüşdə "İnter" 1:3 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Kristian Kivu da matçdan sonra açıqlamasında süni meydançanın vəziyyətindən narazı olduğunu bildirib.

Milan klubu hesab edir ki, Norveç təmsilçisinin arenasındakı meydançanın keyfiyyəti əsas Avropa yarışlarının standartlarına  cavab vermir. Ona görə də "İnter" UEFA-ya rəsmi şikayət ünvanlayıb.

Matçda "İnter"in hücumçusu Lautaro Martinez baldır əzələsindən zədələnib və 61-ci dəqiqədə əvəzlənib. Son anda meydana daxil olan yarımmüdafiəçi Pyotr Zielinski də zədə alıb. "İnter"in yarımmüdafiəçiləri Davide Frattesi və Hakan Çalhanoğlu ehtiyat tədbiri olaraq oyunu buraxıblar.

Klub isə futbolçularının zədələnməsinə və tam heyətdən yararlana bilməməklərinə görə "Bodo/Qlimt"i günahlandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28