25 Yanvar 2026, Bazar günü
Millimiz Danimarkaya qalib gəldi
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”

Ölkə futbolu

Fariz Nəcəfov: “Komandanın yaxşı oynadığını görürdük, amma nəticə əldə edə bilmirdik”

“Yeni ildə ilk oyunumuz idi. Bilirdik ki, birinci qarşılaşmalar həmişə çətin keçir. Sevinirik ki, qələbə qazandıq. İnşallah, növbəti oyunlara baxacağıq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, liqada qalmaq uğrunda əsas rəqibləri olan “Karvan-Yevlax” və “Kəpəz”in nəticələri ilə çox da maraqlanmadığını bildirib:

“Yalnız öz komandamızın çıxışı ilə maraqlanırıq. Hər oyunda komandadan qələbə gözləyirik. Hansısa matçda nəticə olmayanda artıq növbəti görüşə baxırıq. Komandanın yaxşı oynadığını görürdük, amma nəticə əldə edə bilmirdik. “Şamaxı” ilə matçdakı nəticəyə sevinirik. Digər rəqiblərin oyunlarına baxmıram. Özümüz xal qazanmalıyıq, turnir cədvəlindəki yerimizi yaxşılaşdırmalıyıq”.

“Legioner limitinin ləğvindən sonra Azərbaycan Premyer Liqasında səviyyə baxımından nə dərəcədə fərq var?” sualını F.Nəcəfov belə cavablandırıb:

“Bu, bir az geniş mövzudur. Bu haqda qısa danışa bilmərəm. Çünki məni razı salmayan bir çox şeylər var. Yaxın zamanlarda o barədə ətraflı danışarıq”.

Sonda “Qəbələ”nin prezidenti klub akademiyasının fəaliyyətini bərpa etmə perspektivindən söz açıb:

“Akademiya mövzusu hazırda müzakirə olunmur. Real vəziyyət hər kəsə məlumdur. Amma gələcəkdə mümkündür”.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31