13 Yanvar 2026, Çərşənbə axşamı
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu
"Karvan-Yevlax"dan transfer

Ölkə futbolu

Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçmiş futbolçusu Qara Qarayevin Azərbaycanın U-21 millisinin məşqçi vəzifəsinə təyinatına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, 33 yaşlı Qaranın məşqçi kimi faydalı olacağına inanır:

“Qara Qarayev U-21 millimizə ancaq faydalı ola bilər. Başqa cür düşünməyə heç ehtiyac da yoxdur. Çünki məşqçiliyə tez başlaması gələcəkdə onun özünə, karyerasına daha faydalı ola bilər”.

Qeyd edək ki, Q.Qarayev özü hələlik karyerasını başa vurduğunu açıqlamayıb.

Xatırladaq ki, Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq futbolçusu U-21 millimizdə analitik vəzifəsinə təyin olunub. Onun son klubu bir neçə gün əvvəl ayrıldığı “Araz-Naxçıvan” olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31