12 Yanvar 2026, Bazar ertəsi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu
"Karvan-Yevlax"dan transfer

Ölkə futbolu

Qara Qarayev milliyə təyinat aldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, qərara əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.

AFFA rəhbərliyi yeni təyinatların 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin inkişafına, gənc oyunçuların hazırlıq prosesinin daha səmərəli təşkilinə və beynəlxalq oyunlara daha sistemli şəkildə hazırlanmalarına töhfə verəcəyinə ümid edir.

Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah”da əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə yetirib.

Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin isə peşəkar karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra “Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31