Ölkə futbolu
Sxadadze: “Transfer işlərində səhvə yol vermək olmaz”
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze təlim-məşq toplanışı və yeni transferlərlə bağlı klubun saytına açıqlama verib.
Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə hazırlıq prosesinin gedişatı haqqında danışıb:
“Yanvarın 4-dən təlim-məşq toplanışına başlamışıq. “Yüklənmələr” çoxdur. Qəbələdə hazırlıq keçmək üçün əla şərait var, bu səbəbdən heç hara getmədik. Burada hər şey bizi qane edir: meydançaların vəziyyəti, istirahət etmək imkanları. Bu baxımdan hər şey yaxşıdır. İlk yoxlama oyununu “Kəpəz”ə qarşı keçirdik və qalib gəldik. Aydın məsələdir ki, səhvlər çox oldu. Birinci oyun idi. Hesab edirik ki, daha yaxşı çıxış etməliyik. Hamının vaxtı azdır, təxminən iki həftədən sonra çempionat başlayır. Odur ki, qısa vaxt ərzində həm fiziki, həm də oyun kondisiyalarımızı bərpa etməliyik. Çempionata yaxşı hazırlaşıb bizim üçün çox vacib olan xalları qazanmalıyıq”.
Gürcüstanlı mütəxəssis ‘Kəpəz’lə oyunda debüt edib qol vuran yeni transfer İsmaeel Akinadenin də çıxışını dəyərləndirib: “Akinadeyə “Kəpəz”lə oyunda şans verdik. Aydın məsələdir ki, ona hələ vaxt lazımdır. Xüsusən də hücumameyilli futbolçulara adaptasiya üçün daha çox vaxt tələb olunur. Müdafiəçi Seydina Keyta isə təəssüf ki, xəstələnmişdi. Bu səbəbdən iki gün məşqlərdə iştirak edə bilmədi. “Kəpəz”lə oyunda risk etmədik və onu oynatmadıq. Yeni transferlərin işə yanaşmasından razıyıq. Əsas odur ki, komandaya tez adaptasiya olsunlar. Hər ikisi təcrübəli futbolçudur. İnanıram ki, qısa vaxt ərzində komandaya uyğunlaşacaqlar”.
Sxadadze transfer çalışmalarının davam etdiyini bildirib: “Bəzi mövqelər var ki, onları gücləndirməliyik və bunun üzərində işləyirik. Klubumuzun direktoru Səbuhi Səfiyarlı bu məsələlər üzərində səylə çalışır. Bu istiqamətdə işlərimizi diqqətlə davam etdiririk. Çünki səhvə yol vermək olmaz. Ümid edirəm ki, qısa vaxt ərzində transferləri yekunlaşdıracağıq və yeni gələnlər komandaya qoşulub adaptasiya olacaqlar. Qarşıda daha iki oyunumuz var – yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. İnanıram ki, hər şey yaxşı olacaq”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- AFFA klubları soyur! - ARAŞDIRMA
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- "Neftçi" qələbəni əldən verdi
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
- "Naxçıvan"dan yeni transfer
- "Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
-
15:55
"Neftçi"nin Misir klubu ilə heç-heçəsi VİDEO
-
15:39
Azərbaycan Voleybol Federasiyası seleksiya prosesinə yenidən start verib
-
15:24
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
15:00
Etirazlarda “Traktor”un keçmiş futbolçusu ilə xanımı da öldürülüb
-
14:42
AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza verildi
-
14:18
İbrahimoviçin oğlu “Ayaks”da
-
13:56
"Qarabağ" Antalyada bir gündə iki oyun keçirəcək
-
13:31
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
13:17
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb
-
12:53
Kanoe və Avarçəkmə Federasiyasının hesabat xarakterli iclası keçirilib FOTOLENT
-
12:25
"Araz-Naxçıvan" "Qəbələ"yə qarşı
-
12:04
Futzal millimizin toplanışı olacaq
-
11:49
"Roma" kubokla vidalaşdı VİDEO
-
11:32
Azərbaycanda qış transfer pəncərəsi açıldı
-
11:16
"Mançester Siti" finala yaxınlaşdı VİDEO
-
10:58
Keyta: “Dodo mənə “Qəbələ” haqqında çox danışıb”
-
10:41
"Atletiko" mərhələ adladı VİDEO
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray" kubok oyununda qələbə qazandı VİDEO
-
23:34
Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
-
20:00
"Neftçi" bu dəfə heç-heçə etdi
-
18:51
"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
-
17:43
"Kəpəz" gürcüstanlı futbolçu ilə gücləndi
-
17:26
Atletika üzrə Bakı çempionatı keçiriləcək
-
16:52
Azərbaycanlı hakimlərin Antalya toplanışı başlayıb
-
16:39
Ayxan Abbasov Renat Dadaşovla görüşüb
-
16:15
Azərbaycanlı futbolçu “Torpedo” ilə müqavilə imzaladı
-
15:04
"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirdi
-
14:48
Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
-
14:21
"Səbail" qış fasiləsində ilk transferini reallaşdırdı
-
13:37
"Karvan-Yevlax" iki məşqçisi ilə yollarını ayırıb
-
13:16
Marko Yankoviç: “Bu, “Qarabağ” üçün son yox, yaxşı şansdır”
-
12:53
Sxadadze: “Transfer işlərində səhvə yol vermək olmaz”
-
12:12
Millimizin yeni baş məşqçisi: “Bütün diqqətimizi Olimpiya qızılına yönəltmişik”
-
11:49
"Liverpul" 4 qolla mərhələ adladı VİDEO
-
11:25
Millimizin Danimarka ilə oyunlarının başlama saatı məlum oldu
-
11:08
"Yuventus"dan darmadağın VİDEO
-
10:31
PSJ Fransa kuboku ilə vidalaşdı VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Zirə"nin oyununda 6 qol VİDEO
-
22:38
Qurban Qurbanov: “Futbolçular istəklidirlər, özlərinə gəliblər”
-
21:23
Saşa İliç: “Fərdi səhvlər komandaya baha başa gəlir”
-
20:09
“Ayın qolu”nun müəllifi: “Bilmirəm Premyer Liqada oynamağıma nə mane olur...”
-
19:54
"Qarabağ" 5 qollu qələbə qazandı
-
18:47
"Zirə" qələbəni əldən verdi
-
18:31
"Sumqayıt" serblərə məğlub oldu
-
17:56
I Liqa klubu qabonlu hücumçu ilə gücləndi
-
17:23
"Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
-
17:00
“Araz-Naxçıvan”ın üzvləri Uşaq evini ziyarət ediblər
-
16:45
“Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda
14.01.2026
13.01.2026
12.01.2026























