14 Yanvar 2026, Çərşənbə
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu

Ölkə futbolu

Keyta: “Dodo mənə “Qəbələ” haqqında çox danışıb”

“Qəbələ”nin yeni transferlərindən olan Seydina Keyta klubun saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, seneqallı mərkəz müdafiəçisi təlim-məşq toplanışının ilk günlərindən, Azərbaycan futbolu haqqında məlumatlarından və komandanın keçmiş kapitanı Dodo ilə tanışlığından danışıb:

“İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədərilə Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür”.

Təcrübəli futbolçu “Qəbələ”yə gəlməmişdən öncə komandanın oyunlarını izlədiyini bildirib: “Azərbaycan futbolu barədə məlumatım var idi. “Qarabağ”ın demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. “Qəbələ” haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın “Liepaya” klubunda bir yerdə çıxış etmişik. Dodo “Qəbələ” haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadır. Düzü, “Qəbələ”dən təklif gəldikdə bunu Dodoyla müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə “Qəbələ” haqqında çox şey danışmışdı. Həmçinin Dodonun “Qəbələ”nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odur ki, həmin klubda  özüm yaxşı təəssüratı yaradım”.

Keyta sonda “Qəbələ” azarkeşlərinə müraciət edib: “Azarkeşlərə sözüm odur ki, komandaya dəstək olsunlar. Hazırda “Qəbələ” çətin vəziyyətdədir. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31