14 Yanvar 2026, Çərşənbə
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi

Digər idman növləri

Azərbaycan Voleybol Federasiyası seleksiya prosesinə yenidən start verib

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların seleksiya prosesinə yenidən start verib.

Futbolxeber.az saytına AVF-dən verilən məlumata görə, “Seçim günü” çərçivəsində ilk mərhələ yanvarın 13-də Bakı şəhərində təşkil olunub. Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Bakı Regional Voleybol Klubunda məşq edən 100-ə yaxın 2012-2013-cü il təvəllüdlü qız voleybolçunun hazırlıq səviyyəsi ilə yaxından tanış olub.

Seçim prosesi zamanı idmançılar müəyyən olunmuş normativlər üzrə sınaqlardan keçirilib, məşqçilər heyəti tərəfindən onların fiziki və texniki göstəriciləri qeydə alınıb. Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaqlar.

Növbəti “Seçim günü” yanvarın 17-də Sumqayıt şəhərində yerləşən Şərqi Zəngəzur Regional Voleybol Klubu və Sumqayıt Regional Voleybol Klubunun bazasında keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31