3 Yanvar 2026, Şənbə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Ölkə futbolu

Rza Cəfərov “Qəbələ” yolunda: danışıqlar yekunlaşmaq üzrədir

“Neftçi”nin qapıçısı Rza Cəfərov klubunu dəyişmək üzrədir.

Futbolxeber.az saytının məlumatına görə, 22 yaşlı qolkiper karyerasını “Qəbələ”də davam etdirməyə yaxındır. Cəfərov bölgə təmsilçisinə icarə əsasında qoşulacaq.

Keçidlə bağlı “Neftçi” və “Qəbələ” arasında aparılan danışıqlar müsbət yekunlaşmaq üzrədir. Ehtimal olunur ki, Cəfərov artıq sabahdan “Qəbələ”nin düşərgəsinə qoşulacaq. Bölgə klubu yanvarın 3-dən mövsümün ikinci hissəsinin hazırlığına start verəcək.

Xatırladaq ki, Rza Cəfərov bu mövsüm “Neftçi”nin heyətində rəsmi debüt etməyib. Millimizin qapıçısı bütün görüşləri ehtiyatdan izləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31