8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Digər idman növləri

Əmirreza Məsumi: "Azərbaycanın güləş millisini seçməyim maliyyə ilə bağlı deyil"

Əslən iranlı olan sərbəst güləşçi Əmirreza Məsuminin Azərbaycan millisini seçməsi maliyyə ilə bağlı deyil.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 21 yaşlı idmançı sosial şəbəkə hesabında bildirib.

O, Azərbaycan yığmasını seçməsinin səbəbini belə izah edib: "Bu gündən etibarən idman karyeramda yeni mərhələ başlayır. Artıq Azərbaycan millisinin üzvüyəm və bundan sonra bu ölkənin uğurları üçün çalışacağam. Təəssüf ki, sosial mediada bu keçidin əsas səbəbinin maliyyə məsələləri olduğu iddia edilir. Halbuki bu iddialar reallığa uyğun deyil. Doğrudur, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım. Lakin Azərbaycanın idmana peşəkar yanaşması, güləşdəki əfsanəvi simalarımızın və dostlarımızın burada olması, eləcə də ilk gündən göstərilən səmimi və isti münasibət qərarımda həlledici rol oynadı. İnanıram ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət peşəkar karyeramın davamında daha böyük uğurlar qazanmağıma imkan yaradacaq".

Güləşçi bu günə qədər ona uğurlar qazanmasında yardımçı olan məşqçilərinə təşəkkür edib: "21 yaşımadək İran yığmasının üzvü olmuşam və doğulduğum, böyüdüyüm ölkənin bayrağını qürurla çiyinlərimdə daşımışam. Bu müddət ərzində 17 , 20 və 23 yaşadək dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmışam. Bu uğurlarda böyük rolu olan bütün məşqçilərə və məni dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm".

Əmirreza Məsumi bildirib ki, Azərbaycan güləşinin daha da irəli getməsi üçün əlindən gələn hər şeyi edəcək: "Azərbaycan Güləş Federasiyasına mənə göstərdikləri böyük etimada görə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqına isə səmimi və isti qarşılanmaya görə ürəkdən təşəkkür edirəm. Bu etimada cavab olaraq bütün gücümlə çalışacaq, beynəlxalq arenalarda ölkəm üçün uğur qazanmaq yolunda bütün diqqətimi və səylərimi səfərbər edəcəyəm".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31