Ölkə futbolu
Sənə güvəndiyim dağlar...
Rüfət Abdullazadə ötən mövsüm Azərbaycan Premyer Liqasında bəlkə də ən çox simpatiya bəslədiyim gənclərdən idi. Əslində, Avropada o yaşda futbolçuya gənc demirlər, amma olanımız budur, neyləyək...
Dəfələrlə mən də, digər həmkarlar da millinin baş məşqçisi Fernandu Santuşu Rüfəti yığmaya dəvət etmədiyi üçün tənqid etmişdik… Yayda Rüfətin Xorvatiya klubuna keçdiyi məlum oldu. Həqiqətən də çox sevindiricidi idi. İstər tərbiyəsi, nümunəvi davranışı, istərsə də oyunu ilə Abdullazadə çoxlarının simpatiyasını qazanmışdı. Ona görə də Rüfətin legioner həyatı yaşaması hər bir futbolsevərin ürəyincə idi. Özü də Xorvatiya kimi ölkədə. Üstəlik, yayda iki yerli klub futbolçu üçün daha çox məbləğ ödəməyə hazır idi. Lakin Rüfətin gələcək karyerasını, perspektivi düşünən “Səbail” rəhbərliyi daha artıq qazancdan belə imtina edərək futbolçunun legioner həyatı yaşamasına şərait yaratdı. Bir sözlə, ümidlər böyük idi. Əksəriyyət düşünürdü ki, “Varazdin” Abdullazadə üçün tramplin ola bilər. Təəssüf ki, olmadı...
Əksər azərbaycanlı futbolçular kimi Rüfət də 6 aydan sonra vətənə qayıtdı. Halbuki son dəfə, noyabrın ortalarında millimizin İslandiya ilə oyunundan sonra bizə müsahibəsində vətənə qayıtmaq barədə düşünmədiyini söyləmişdi.
- Adətən azərbaycanlı futbolçuların legioner həyatı qısa olur. Əksəriyyət də darıxmağı bəhanə edib, geri dönür. Rüfət Abdullazadə eyni yolu getməyəcək ki?
- Yox, mən Xorvatiyada darıxmıram (gülür).
- Əslində darıxmağı adətən bəhanə edirlər...
- Bizimlə Avropa arasında mental fərqlər var. Fərqli ölkədə yaşamaq, oradakı mühitə uyğunlaşmaq asan deyil. Açığı, inanmıram ki, bu günə qədər vətənə qayıdanlar sırt darıxmağa görə qayıtsınlar. Ümumilikdə, çox çətinliklər olur. Bəziləri bəlkə də bunu bilmir. Yəni xaricdə qalmaq elə də asan deyil. Lakin mənim belə bir fikrim yoxdur. Əksinə, məqsədim daha da irəli getməkdir.
- Biz də uğurlar arzulayırıq. İnanırıq ki, “Varazdin” tramplin olacaq və sizin sorağınız tezliklə Avropanın aparıcı klublarından gələcək.
- İnşallah, çox təşəkkür edirəm.
Yeni ilin ilk günlərində xəbər yayıldı ki, Abdullazadə vətənə qayıda bilər. “Kəpəz” onu icarə əsasında heyətinə qatmağa yaxındır. Sonradan isə məlum oldu ki, Rüfət “Zirə” ilə anlaşıb. Beləcə, daha bir azərbaycanlı futbolçu ilə bağlı xəyallArımız puç oldu. Min təəssüf ki, Rüfət də digərlərinin yolu ilə getdi. Halbuki iki ay əvvəl yuxarıda sitat gətirdiyimiz müsahibəsində başqa cür danışırdı. İnamlı sözləri ilə bizim də inamımızı artırmışdı. İndi isə Abdullazadənin bu gün “Azərtac”da çıxan müsahibəsini oxuyuram. “Zirə”yə keçidi ilə bağlı deyir: “Təklifdə klubun planları, mənə olan inamı və qarşıya qoyulan məqsədlər açıq şəkildə izah olunmuşdu”.
Mənə çox maraqlıdır, söhbət hansı plandan gedir? Azərbaycan Premyer Liqasında ikinci yeri tutmaqdan? Avroliqada, yaxud Konfrans Liqasında oynamaqdan?
Rüfətin bu gün azərbaycanlı futbolçuların Avropada uzun müddət qala bilməmələri ilə bağlı suala cavabı isə adamı daha çox məyus edir:
“Ümumiyyətlə, Avropada, xüsusilə də rəqabətin çox yüksək olduğu liqalarda qalıcı olmaq çox çətindir. Bu, kənardan göründüyü qədər asan deyil. Orada təkcə futbol keyfiyyəti kifayət etmir. Güc, fiziki davamlılıq, səbir və yüksək səviyyədə peşəkarlıq çox vacibdir. Futbolçu hər gün öz üzərində işləməli, rəqabətə və təzyiqə hazır olmalıdır. Qeyd etməliyəm ki, Avropada qalmaq düşünüldüyü kimi asan deyil və bu yola tam hazır olmaq lazımdır”.
Belə çıxır ki, bizim böyük ümidlər bəslədiyimiz Rüfət Abdullazadə güc, fiziki davamlılıq, səbir və yüksək səviyyədə peşəkarlıq göstərə bilmədiyi üçün “Varazdin”də qala bilmədi...
Adam ona yanır ki, azərbaycanlı futbolçunun Avropada göstərə bilmədiyi gücü, fiziki davamlılığı, səbri, yüksək səviyyədə peşəkarlığı gürcü göstərir, ukraynalı göstərir, özbək göstər, bircə azərbaycanlı futbolçular göstərə bilmir...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA klubları soyur! - ARAŞDIRMA
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- Yuri Vernidub: "Mövsümün sonunda "Neftçi" mütləq ön pillələrdə olmalıdır"
- "Neftçi" qələbəni əldən verdi
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
- "Neftçi" Rusiya klubu ilə əməkdaşlıq edəcək
-
18:47
"Zirə" qələbəni əldən verdi
-
18:31
"Sumqayıt" serblərə məğlub oldu
-
17:56
I Liqa klubu qabonlu hücumçu ilə gücləndi
-
17:23
"Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
-
17:00
“Araz-Naxçıvan”ın üzvləri Uşaq evini ziyarət ediblər
-
16:45
“Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda
-
15:32
Millimizin yeni üzvləri üçün maarifləndirici seminar keçirilib
-
15:18
"Lənkəran" kanadalı legioneri ilə yolları ayırıb
-
14:57
Fiqurlu konkisürənlərimiz Bolqarıstanda bürünc medal qazanıblar
-
14:24
Bakıda boks məşqçiləri üçün seminar başlayıb
-
14:08
Rəşad Eyyubov: “Bizim üçün çox önəmli toplanışdır”
-
13:41
Azərbaycan klubu basketbolçusu ilə vidalaşıb
-
13:19
"Neftçi"nin Abu Dabi toplanışı davam edir FOTOLENT
-
12:33
"Karvan-Yevlax"dan transfer
-
12:17
"Qarabağ" Antalyada "Neftçi" ilə qarşılaşır
-
11:56
Millimizdə məşhur baş məşqçi
-
11:42
"İnter" "Napoli" ilə oyunda qələbəni əldən verdi VİDEO
-
11:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
"Bavariya"dan 8 qollu qələbə VİDEO
-
10:54
Millimizin heyətində dəyişiklik
-
10:31
"Milan" səfərdə xal itirdi VİDEO
-
10:17
Qara Qarayev milliyə təyinat aldı
-
10:00
El-Klasikonu "Barselona" qazandı VİDEO
-
16:05
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
-
15:28
Qurban Qurbanov 15 yaşlı futbolçunu əsas komandaya çağırdı
-
11:32
"Atalanta" 3 xalı 2 qolla qazandı VİDEO
-
11:16
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
-
10:59
"Roma"nın qələbəsi VİDEO
-
10:41
“Karvan-Yevlax” “Səbail”in müdafiəçisi ilə gücləndi
-
10:27
Türkiyə Superkubokunu "Fənərbaxça" qazadı VİDEO
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
18:00
“Araz-Naxçıvan” gücünü əvəzedicilərə göstərdi
-
17:41
Azər Bağırov məğlubiyyəti şərh etdi: “Yaxşı mübarizə apardıq”
-
16:57
Mbappe “Barselona”ya qarşı oynayacaq?
-
16:35
“Qəbələ” “Kəpəz”ə qalib gəldi
-
16:12
PSJ-nin yarımmüdafiəçisi “Qalatasaray”ın hədəfində
-
15:27
“Mançester Yunayted”in baş məşqçi postuna əsas namizəd müəyyənləşdi
-
15:08
"Qarabağ" da Türkiyəyə getdi
-
14:53
Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir
-
13:39
"Sumqayıt"dan transfer
-
13:14
“Neftçi”nin sabiq müdafiəçisi “Qarabağ”la “Kayrat”ı müqayisə etdi
-
12:46
Qara görə Bundesliqa oyunları təxirə salındı
-
11:21
Göyçayda 4 güləş zalı istifadəyə verilib
-
10:58
Mərakeş Kamerunu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:32
"Zirə" Antalyaya yollandı
-
10:17
“Ayntraxt” - “Borussiya” matçında 6 qol VİDEO
-
09:43
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:20
Seneqal yarımfinalda VİDEO
-
23:12
"Neftçi"dən "Kayrat"a 3 cavabsız qol VİDEO
-
23:01
Rəşad Nəbiyev Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirib
12.01.2026
11.01.2026
10.01.2026
09.01.2026























