1 Yanvar 2026, Cümə axşamı
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi: “Şaxta Babaya inanırdım”

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub sport.ua saytına maraqlı müsahibə verib.

Futbolxeber.a saytının məlumatına görə, 3 həftə əvvəl paytaxt klubu ilə müqavilə imzalayan mütəxəssis Yeni ili Bakıda qarşılayıb. Vernidub ona zəng vuran ukraynalı jurnalistin suallarını isə belə cavablandırıb:

- Neçə yaşınıza qədər Şaxta Babaya inanırdınız?

- Artıq xatırlamıram (gülür). Bilirdim ki, Şaxta Baba yoxdur, amma inanırdım. Uzun müddət ona açıqcalar yazırdım və Şaxta Baba da istəklərimi yerinə yetirirdi. Arzularım demək olar ki, hər zaman reallaşırdı.

- 2026-cı ildən həm Ukrayna vətəndaşı, həm də futbol məşqçisi kimi nə gözləyirsiniz?

- İstəyirəm ki, hər şey müsbət olsun. Ukrayna vətəndaşı kimi yalnız bir arzum var: sülh, xeyirxahlıq və qarşılıqlı anlaşma. Müharibə ilə bağlı bütün çətinliklərin sona çatmasını istəyirəm. Hazırda hər birimiz üçün ən vacib olan sülhə can atmaq və qələbəmizə inanmaqdır. Bütün Ukrayna vətəndaşlarına arzu edirəm ki, ölkələrini sevsin və dəyərləndirsinlər. Necə olmasından və onun haqqında nə deyilməsindən asılı olmayaraq, bu bizim Vətənimizdir. Bizim üçün o, vahid və bölünməz olmalıdır. Futbola gəlincə, Ukrayna millisinin 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını, klublarımızın isə avrokuboklarda uğurla çıxış etməsini arzulayıram. Çətinliklərə baxmayaraq, Ukrayna futbolu yaşayır. Əminəm ki, o, yenidən dirçələcək və əvvəlki kimi beynəlxalq arenada sözünü deyəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31