17 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Digər idman növləri

DİN-in İdman Cəmiyyətinin bir qrup üzvü mükafatlandırılıb

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində 2025-ci ilin idman nəticələrinə görə Avrasiya Kombat Ciu-Citsu Federasiyası tərəfindən mükafatlandırma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, açılış nitqi ilə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov Prezident İlham Əliyevin idmana göstərdiyi diqqəti xalqına olan sevgi və gənclərin gələcəyi üçün qayğı nümunəsi kimi qeyd edib. Qurum rəsmisi, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində əldə edilən Qarabağ Zəfərinin əhəmiyyətindən danışaraq, onun müasir dövlətçilik tarixində müstəsna təsirini vurğulayıb. O, qələbənin ölkədə gənclərin vətənpərvər ruhda böyüməsində dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin sayəsində əldə edildiyini diqqətə çatdırıb. Daha sonra tədbir iştirakçılarının bir qrupuna federasiyanın fəxri plaketləri təqdim edilib.

Mükafat alanlar sırasında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri Mövlud Mirəliyev, qurumun təlim-idman şöbəsinin rəisi Eduard Məmmədov, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, nazirliyin baş məsləhətçisi Coşqun Hidayətov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi İlahə Vəliyeva, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin məşqçi-müəllimi Eldar Məmmədov, Gəncə Şəhər Baş Polis İdarəsinin təlimçi-metodisti Ramin Yusifov və “Biləcəri” idman klubunun məşqçisi Rəis Orucov olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31