17 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Ölkə futbolu

Saşa İliç: “Mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır”

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç "Osiyek"ə uduzduqları (0:2) son yoxlama oyunu və təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatıma görə, serb mütəxəssis qol şanslarını boşa verdiklərini deyib:

“Məğlub olmağımıza baxmayaraq, düşünürəm ki bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik. Bir xeyli şanslarımız da oldu, lakin onlardan yararlana bilmədik. Bəzi mikro zədəsi olan futbolçularımız da var idi, qarşıdakı çempionat oyununu düşünüb onlara istirahət verdik. Yenə də bildirirəm ki, mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır.

Bu gün təlim-məşq toplanışımızı başa vurduq. Düşünürəm ki bu toplanışdan daha çox gənc oyunçularımız təcrübə qazandı. Onlar Avropanın sayılıb-seçilən komandalarına qarşı çıxış etmək fürsəti əldə etdilər. Bu fürsətin onlara gələcək karyeralarında kömək olacağına ümid edirəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31