16 Yanvar 2026, Cümə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Digər idman növləri

Azərbaycan birinciliyi və çempionatında iki kateqoriya üzrə yarışlar yekunlaşıb

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatında iki kateqoriya üzrə mübarizəyə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan yarışın ilk mərhələsində idmançılar U-21 və böyüklər kateqoriyaları üzrə çıxış ediblər.

21 yaşadək idmançılar arasında qadınların mübarizəsində ​Fatimə Hüseynli qızıl, Aliyə Əliyeva gümüş, Lalə Almas bürünc medal qazanıb. ​Kişilərdə müvafiq mükafatlara Sərdar Vəliyev, Nurlan Rəhimli, Anar Cavadzadə sahib çıxıblar.

Böyüklərin yarışında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Dilguşə Sadıqova bürünc medala yiyələnib. Kişilərdə isə Məhəmmədəli Əliyev, Nurlan Rəhimli, Hüseyn Məhərrəmov fəxri kürsüyə qalxıblar.

​Qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan Tibb Universitetinin Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov təqdim ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31