16 Yanvar 2026, Cümə
Emil Mustafayev “Sumqayıt”da
"Səbail"dan daha bir transfer
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi

Xarici futbol

“Neftçi”nin keçmiş müdafiəçisi Qırğızıstan klubunda

Qırğızıstan Premyer Liqasında çıxış edən "Toktoqul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolxeber.az saytının məlumatına görə, klub Gürcüstan millisinin təcrübəli müdafiəçisi Solomon Kverkveliyanı heyətinə qatıb. Müdafiəçi ilə 2027-ci ilin sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan azarkeşlərinə yaxşı tanış olan 33 yaşlı Kverkveliya karyerası ərzində Rusiyanın "Rubin" və "Lokomotiv", Ukraynanın "Metalist" klubları ilə yanaşı, Bakının "Neftçi" klubunun da şərəfini qoruyub. O, "ağ-qaralar"ın heyətində 33 matça çıxıb.

Xatırladaq ki, Kverkveliya karyerası ərzində Fernando Torres, Kriştiano Ronaldo, Roberto Firmino, Qaret Beyl, Marko Roys və Tomas Müller kimi dünya ulduzlarına qarşı oynamaq təcrübəsinə malikdir. O, həmçinin AVRO-2024-də Gürcüstan millisinin heyətində tarixi uğura imza ataraq 1/8 finala yüksəlib və Ronaldonun da yer aldığı Portuqaliya üzərində qələbədə pay sahibi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31