16 Yanvar 2026, Cümə
Emil Mustafayev “Sumqayıt”da
"Səbail"dan daha bir transfer
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi

Digər idman növləri

Bakıda cüdo qaydalarındakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi qaydalardakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib.

Futbolxeber.az saytına bu barədə ACF-dən məlumat verilib.

Seminar ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-nin hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunub.

Tədbirdə "yuko" xalının hansı vəziyyətlərdə verilib-verilməməsi, "kumikata"nın qırılması zamanı icazə verilən hallar və "şido" cəriməsinin tətbiq olunma meyarları, vaxtı uzatmağa görə veriləcək "şido" cərimələri, "uşiro-sankaku" texnikasının tətbiqi zamanı nəzərə alınacaq nüanslar, passivliklə bağlı "şido" cəriməsinin verilməsində yeniliklər və görüş zamanı tibbi müdaxilə ilə bağlı dəyişikliklərlə əlaqədar müzakirələr aparılıb.

Yeniliklər izah edilib, dəyişikliklər əyani şəkildə nümayiş etdirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31