16 Yanvar 2026, Cümə
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu
"Zirə" "Oleksandriya"ya uduzdu
“Qarabağ” “Osiyek”ə qalib gəldi

Ölkə futbolu

"Zirə" "Oleksandriya"ya uduzdu

"Zirə" Antalya toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Rəşad Sadıqovun komandası Ukraynanın "Oleksandriya" klubu ilə üz-üzə gəlib.

Oyun "Zirə"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Təmsilçimizin qollarını Yeqor Boqomolski (29) və Ceyhun Nuriyev (54) vurub.

"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

"Zirə" bu gün daha bir yoxlama matçı keçirəcək. Qəsəbə təmsilçisi Antalya toplanışı çərçivəsində sonuncu görüşündə Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.  "Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.

Qeyd edək ki, "Zirə" ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31