11 Fevral 2026, Çərşənbə
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də
Berdiyev azarkeşlərdən üzr istədi

Ölkə futbolu

Qurban Qurbanov: “Bu gün xarakter önəmli idi”

“Azarkeşlərə təşəkkür edirəm, son iki səfər oyununda yanımızda oldular. Eləcə də futbolçulara təşəkkür edirəm, vacib qələbə qazandıq. Bəlkə də futboldan danışmaq düzgün olmaz, bu gün xarakter önəmli idi. İlk hissədə "Şamaxı" bizdən daha aqressiv idi. Fasilədən sonra oyunu ələ ala bildik. Sonda da topa nəzarət edərək qələbə qolunu vurduq. “Şamaxı”nı da təbrik edirəm. Ayxana uğurlar arzu edirəm. Yaxşı, mübariz komandası var”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Şamaxı”nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis növbəti turda "İmişli" ilə matçda əsas heyətlə çıxa biləcəklərini istisna etməyib: “Hansısa dəyişikliklər ola bilər. Bu heyət bundan əvvəl oynamamışdı. İstirahətə ehtiyacları var idi. Dəyişikliklər qaçılmazdır. Bəzi rotasiyalar edə bilərik. Həm Kadi qayıdır, həm də digər mövqelərdə bəzi dəyişikliklər ola bilər. Bəzi futbolçulardan narazıyam, istədiyim performansı göstərə bilmirlər. Müəyyən nüanslar var ki, düzgün, vaxtında etmək lazımdır. Qarşıda bir neçə günümüz var, nələrisə dəyişə bilərik. Hər komanda bizə fərqli yanaşır”.

O, Nəriman Axundzadənin transferi ilə bağlı danışıqların getdiyini söyləyib: “Danışıqlar sona yaxınlaşır, lakin bəzi məqamlar hələ tam dəqiqləşdirilməyib. Bu gün də oyundan sonra bir futbolçu mənə yaxınlaşdı ki, təklif var, nə düşünürsünüz, getməyim və ya qalmağımla bağlı. Hər dəfə belə xoşagəlməz hallar yaşanır. Lakin təklif elə yerdən gəlir ki, ora ancaq pul üçün getmək olar. Pul da elədir ki...”

Qurbanov "Neftçi" ilə oyunun təxirəsalınma məsələsində son durumu belə açıqlayıb: “Rəhbərlik səviyyəsində məsələ müzakirə olunur”.

“Qarabağ”ın baş məşqçisi "İmişli" ilə oyunun yerinin ilk dövrədə olduğu kimi, yenidən dəyişdirilməsi ehtimalına inanmır: “Böyük ehtimalla, Qubada oynayacağıq”.

Qurban Qurbanov Bəhlul Mustafazədnin komandada qalmasına belə münasibət bildirib: “Bir sıra detallar var idi. Bəhlulun tərəfində idim. Məncə, çox dərinə getməyək”.

O, Nəriman Axundzadənin gedişinin “Qarabağ” üçün ürəkaçan olmadığını vurğulayıb: “Sadəcə Nərimanın son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son iki ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki onun üçün yaxşı olsun. Son iki ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik”.

Q.Qurbanov Montielin bəzi epizodlarda aqressiv olmasında problem görmür: “Futboldur, o da insandır. Bəzi epizodlarda narazılıqlarını bildirir. Məncə, qabarıq şəkildə nəsə etmir. Bu oyunlarda belə olmaq lazımdır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28